• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: Banklar vətəndaşları soyur

Siyavuş Novruzov: Banklar vətəndaşları soyur
17.03.2017 15:20
"Azərbaycan prezidentinin təşəbbüsü ilə hazırlanan "Strateji yol xəritəsi”nin mərhələli şəkildə həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işlərini və digərlərini nəzərə alsaq, ötən il hökumətin gərgin dövrdə yüksək fəaliyyət göstərdiyini deyə bilərik. 

Hesab edirəm ki, bu fəaliyyət gələcəkdə də davam edəcək. Bəzən müəyyən məsələləri başqa-başqa ölkələrlə müqayisə edirlər. 

İstər nefti olan, istər olmayan ölkələrə nəzər salsaq, orada da qiymət artımının olduğunu, eləcə də valyuta dəyişməsindəki fərqləri görərik. Çin, Rusiya, Türkiyədə də belə hallar var”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

S.Novruzov bununla belə, ölkədə süni qiymət artımına da etiraz edib: "Qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınmalıdır”.

O təklif edib ki, kommersiya banklarının yerli sahibkarlığın inkişafı ilə bağlı kreditləri yüksək faizlə verməsinin qarşısı alınsın: "Belə olmasa, kredit alan hansısa sahibkar heç bir bizneslə məşğul ola bilməz.

Banklar dollarla depoziti vətəndaşdan 3%-ə götürürsə, digər vətəndaşa 24%-ə verir. Belə olan halda, bir vətəndaşdan 21% gəlir götürülür. Bu faizə kredit götürən vətəndaş onu qaytarmaq məqsədilə götürmür.

Məlumdur ki, həmin krediti qaytara bilməyəcək və bunu etmək mümkün də deyil. Bu baxımdan Mərkəzi Bank bu məsələlərə ciddi nəzarət etməli və hesablanmalıdır ki, hansı əsasa görə vətəndaşlara belə yüksək faizlə kredit verilir. 

Banklar vətəndaşların düşdüyü vəziyyətdən istifadə edərək onları soyur, onları hüquq-mühafizə orqanları qarşısında asılı vəziyyətə salır. Bu məsələlər ölçülüb-biçilməli, dünya praktikasından istifadə olunmalıdır.

Kimin ağlına nə faiz gəlirsə, onu tətbiq etməsi düzgün deyil. Biz ilk növbədə prezidentin qeyd etdiyi kimi, vətəndaşlarımızı qorumalı, onların hüquqlarını müdafiə etməliyik”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol