• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan zənginləri: Bakıdan İstanbula özəl təyyarə ilə 30 min avroya...

Azərbaycan zənginləri: Bakıdan İstanbula özəl təyyarə ilə 30 min avroya...
29.05.2020 10:28
Azərbaycanda hökm sürən iqtisadi tənəzzülə, gəlirlərin kəskin azalmasına baxmayaraq zənginlər-oliqarxlar və onların oğul-uşaqları dəbdəbəli həyat tərzini dəyişmək niyyətində deyil.


BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, belələri Azərbaycandan Türkiyənin hansısa şəhərinə, yaxud başqa ölkəyə uçmaq istəyirsə adi sərnişin reyslərinin biznes-klass salonlarına bilet almağı belə özlərinə sığışdırmırlar, Türkiyənin "Jet Havayolları” biznes aviasiyasiyası şirkətindən özəl təyyarələr kirayələyirlər. Bunu Türkiyə mətbuatına açıqlamasında "Jet Havayolları” şirkətinin Türkiyə genel müdiri Ferda Gündüz deyib.


Ferda Gündüz bildirib ki, indiyə qədər "Jet Havayolları”nın əsas müştəriləri zəngin ərəblər və azərbaycanlılar idi. Son vaxtlar isə Rusiyadan zənginlər arasından şirkətin müştəriləri artıb. Zəngin ruslar Moskvadan İstanbula uçmaq üçün 50 min avrodan keçib lüks salona malik özəl təyyarə kirayələyirlər.


Ferda Gündüz deyir ki, ərəblər, azərbaycanlılar və ruslar öz lüks həyatlarından güzəştə getmək niyyətində deyilər. "Məsələn, ailələrini, dost-tanışlarını harasa dəvət edəndə bunu onların hüzuruna özəl jet göndərərək edirlər. Zənginlər xüsusən işgüzar toplantılarda tərəfdaşlrında güclü təəsürat oyatmaq üçün özəl təyyarə sifariş verir”-o deyib.


Fərda Gündüz əlavə edib ki, Türkiyədəki kirayəlik jetlər lüks təchizatı, tutumu və texniki göstəricilərinə görə zənginlərin bütün ehtiyaclarına cavab verir. "Son model jetlərimiz zəngin xariciləri istər Türkiyəyə, istərsə də onların istədiyi başqa ölkələrə daşıyır”-şirkət direktoru bildirib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol