• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram günlərində elektrik problemi olmayıb

Bayram günlərində  elektrik problemi olmayıb
27.03.2017 10:45
"Azərişıq” ASC Novruz Bayramı günlərində ehtiyat tədbirlərini gücləndirərək istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatını tam təmin edib.

Qurumdan Trend-ə verilən məlumata görə, ASC-nin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib. Qeyri iş günləri bayram tədbirlərinin keçirildiyi yerlər fasiləsiz elektrik enerjisi ilə təchiz olunub, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınması hazırlığı yüksək səviyyədə həyata keçirilib. Qərb və Şimal Qərb Regionlarında güclü küləklər zamanı ASC əməkdaşlarının yüksək səyləri nəticəsində istehlakşıların elektrik enerjisi təchizatında fasilələr yaranmayıb, baş verən qəzalar operativ aradan qaldırılıb.

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına” və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına” dair dövlət proqramlarının icrası məqsədi ilə təcili şəkildə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün "Azərişıq” ASC tərəfindən 2015- 2016-cı ildə iri miqyaslı layihələr həyata keçirilərək, 69 yarımstansiya tikilib və ya əsaslı şəkildə yenidən qurulub.

"Azərişıq” ASC fəaliyyətə başladığı 2 il müddətində ümumilikdə 16 ədəd 110 kV-luq, 53 ədəd 35 kV-luq yarımstansiya tikilib və əsaslı şəkildə yenidən qurularaq, müasir tipli avadanlıqlarla təchiz olunub. Paralel olaraq 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7.746 ədəd 10-6 kV-luq transformator məntəqələrinin təmir işləri aparılıb, 2.300 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.

110/35/10 kV-luq "Buzovna-2” yarımstansiyası

Yeni Komplekt Transformator Məntəqələri

110/35/6 kV-luq "Daş Salahlı” yarımstansiyası

110/10 kV-luq "Rəhimli” yarımstansiyası

36/6 kV-luq "Nizami” yarımstansiyası

35/10 kV-luq "Daşkəsən” yarımstansiyası

35/10 kV-luq "Gədəbəy” yarımstansiyası

35/10 kv-luq "Qəbələ” yarımstansiyası

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol