• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsun”un yük maşını yoxa çıxıb

“Azərsun”un yük maşını yoxa çıxıb
28.03.2017 12:18
Ukraynada "Azərsun Holdinq” şirkətinə məxsus ət məhsulu ilə yüklənmiş yük maşını yoxa çıxıb.

ANN.Az xəbər verir ki, bu barədə "Ölkə.Az” saytına "Shahin MMC” şirkətinin rəhbəri məlumat verib.

Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərindən "Azərsun Holdinq” şirkətinə məxsus ət məhsulu ilə yüklənmiş və Azərbaycanda fəaliyyət göstərən digər bir şirkətə "Alpenfud” MMC-yə məxsus yağ məhsulu ilə yüklənmiş iki yük maşını müəmmalı şəkildə yoxa çıxıb.

"Shahin MMC”-nin rəhbəri Mətləb Nəcəfov qeyd edir ki, yükləri daşıyan Ukrayna şirkəti "Transimpeks LTD”-yə məxsus avtomobillərdəki yüklər 24 fevral 2017-ci il tarixində gəmiyə yüklənməli idi, lakin nəqliyyatçı şirkətin nümayəndəsi Andreyin verdiyi məlumata görə, yük maşınında yaranmış texniki nasazlıq üzündən gecikmə yaranıb.

Daha sonra bu avtomobilin 02 mart 2017-ci il tarixində növbəti gəmiyə yüklənməsi nəzərdə tutulmuşdu. Tərəflər arasında əldə edilmiş razılığa görə, avans olaraq bu yük maşını gəmiyə yüklənmədən əvvəl Mətləb Nəcəfov tərəfindən 2000 ABŞ dolları ödənilməli idi. 

Bu səbəbdən də M.Nəcəfov 01 mart 2017-ci il tarixinə qədər hər gün sürücü və şirkətin nümayəndəsi olan Andrey ilə mobil telefon əlaqəsi saxlayıb. Daha sonra isə həmin şəxslər ilə əlaqə qurmaq mümkün olmayıb. 

M.Nəcəfov bildirir ki, səhər saatlarında sürücü və şirkətin nümayəndəsi Andreyin mobil telefon nömrələrinə yenə də zəng çatmadığını gördükdə tədbirlər görməyə başlayıb. Öncə göndərici şirkətə məlumat verib və alıcı şirkətin loqistika şöbəsini xəbərdar edib. 

Sonra şirkətin sahibi Serqey adlı şəxsin mobil nömrəsinə zəng vurub və həmin vaxt öyrənib ki, baş verənlərdən məlumatlıdır, o da öz növbəsində Andrey və sürücünün axtarışındadır. 

M.Nəcəfov saha sonra rəsmi qaydada polisə müraciət edib. Müstəntiq isə "Transimpeks LTD”-nin sahibi ilə əlaqə saxladıqda məlum olub ki, ümumi olaraq bu şirkətin 8 avtomobili yük ilə birlikdə yoxa çıxıb.

M.Nəcəfov "Transimpeks LTD” şirkəti ilə ilk dəfə əməkdaşlıq etdiklərini bu səbəbdən bu şirkətin Ukraynada AsMAP-dan leqitim olmasını dəqiqləşdirdiyini deyir. Eyni zamanda, Ukrayna gömrük orqanları da daşıyıcı şirkətə lazımi sənədləri verib. 

M.Nəcəfov hadisə ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etdiyini, lakin onlara heç bir köməklik göstərilmədiyini də qeyd edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol