• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR “Neft Daşları” yatağı üçün yeni platforma istismara verib

SOCAR “Neft Daşları” yatağı üçün yeni platforma istismara verib
29.03.2017 11:30
"Neft Daşları” yatağında 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan yeni 620A saylı stasionar dəniz platforması istismara verilib.
 
SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, SOCAR-ın "Neftqaztikinti” Tresti tərəfindən "Azneft” İstehsalat Birliyinin sifarişi ilə ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında tikilmiş platformanın ümumi sahəsi 2 520 kvadrat metrdir. Dənizin 27 metr dərinliyində yerləşən, istehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilib.
 
6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançası tikilib, svay və quyu şaxtaları vurulub, müvafiq boru xətləri çəkilib, obyektdə qülləaltı postament və digər bütün zəruri avadanlıqlar quraşdırılıb. Platforma 7 dayaq bloku üzərində yığılıb, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib.
 
Platformada qazılacaq quyuların hər birindən sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol