• $
  • €
  • ₽
  • ₺
  • £

NABUCCO A&C Caspian Energy Forum Baku – 2017-nin partnyoru oldu

NABUCCO A&C Caspian Energy Forum Baku – 2017-nin partnyoru oldu
29.03.2017 16:06
"NABUCCO A&C” MMC 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) partnyoru oldu.

"NABUCCO A&C” MMC şirkətinin baş direktoru Kəmaləddin Mənsimov "Baku Boulevard Hoteldə keçiriləcək Beynəlxalq Caspian Energy Forum-2017-ni dəstəkləməyə hazır olduğunu və forumda iştirakını” təsdiqləyib. "Forum Azərbaycanın qeyri-neft sektoruna daha çox xarici investisiya qoyuluşuna təkan verəcək. Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi yol xəritələrinə əsasən tikinti sektorunda, həmçinin forumun üçüncü sessiyasının həsr olunacağı İKT, turizm, maliyyə sahələrində və iqtisadiyyatın qeyri-neft sektorunun digər istiqamətlərində fəaliyyətin aktivləşdirilməsi planlaşdırılır. Mən əminəm ki, forum biznes və hökumət nümayəndələri arasında əməkdaşlığın yeni istiqamətlərinin müzakirəsinin aparıcı mərhələsinə çevriləcək ki, bu da öz növbəsində Azərbaycanda qeyri-neft sektorunun inkişafına stimul verəcək”, - deyə o vurğulayıb.

Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, "tikinti bazarında özünü etibarlı partnyor kimi tanıdan NABUCCO A&C şirkəti uzun illərdir ki, Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un üzvü, həmçinin CEİBC-nin biznes-forumları çərçivəsində keçirilən müzakirələrin fəal iştirakçısıdır”.

"NABUCCO A&C” İsveçin "ASTRON BUILDINGS” şirkətinin Azərbaycan ərazisində rəsmi və eksklüziv İnşaatçı Partnyorudur. Şirkət tikinti sahəsində lider mövqe tutur. "NABUCCO A&C” eyni vaxtda bir neçə mühüm istiqamət: sənaye və kommersiya təyinatlı tamkomplektli polad binaların layihələndirilməsi, istehsalı, quraşdırılması və montajı üzrə uğurla fəaliyyət göstərir.

"Bizim fikrimizcə, ən vacib məqam Caspian Energy Forum-2017-yə Azərbaycan Respublikası Prezidenti, Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatları dəstəkləyən və bu proseslərdə fəal iştirak edən hökumət nümayəndələrinin, nəhəng şirkət və təşkilat rəhbərlərinin qatılmasıdır. Biz Azərbaycan Prezidenti Administrasiyasına, xahişimizi müsbət cavablandıran və iqtisadi islahatların ilkin nəticələrinə həsr olunmuş foruma qatılmağa, həmçinin Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan şirkətləri narahat edən problemlərin, məsələlərin və təklifləri müzakirəsində spiker və iştirakçı qismində çıxış etməyə razılıq verən bütün hökumət üzvlərinə və Milli Məclisin deputatlarına, nazirlərə, dövlət komitələrinin, dövlət agentliklərinin və dövlət şirkətlərinin rəhbərlərinə təşəkkür edirik", - deyə Telman Əliyev vurğulayıb.

Caspian Energy Forum-2017-yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.

4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin baş sponsoru Azersun Holding, sponsorları "Veysəloğlu” şirkətlər qrupu, Cross Caspi­an Oil and Gas Logistics LLC, PolyMart və "R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları "NABUCCO A&C” MMC, SİNAM, "Nərimanfilm”, "Azpetrol Ltd” MMC,   "AzMetco” ASC və "ASE EXPRESS & OCS, DSV”dir.

Forumda iştirak etmək üçün http://caspianenergyforum.com/index.php/en/registration  linki vasitəsilə qeydiyyatdan keçilməlidir.

* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un (Caspian Business Club) tədbirinə istinad etmək mütləqdir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol