• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell” şəbəkəsini gücləndirməyə davam edir

“Azercell” şəbəkəsini gücləndirməyə davam edir
30.03.2017 18:21
"Azercell Telekom” abunəçi sayına və təqdim etdiyi rabitə xidmətinin keyfiyyətinə görə Azərbaycan rabitə bazarında liderliyini davam etdirir.
 
Mobil operatordan ANN.Az-a verilən məlumata görə, şirkət abunəçilərinin rahatlığı və öz yaxınları ilə hər zaman keyfiyyətli əlaqə qurması üçün baza stansiyalarının sayını artırmaqdadır.
 
Hal-hazırda ölkə ərazisində "Azercell”in 2 796 sayda 2G, 2 141 sayda 3G və 274 sayda 4G baza stansiyası mövcuddur. Bundan başqa, şirkət tərəfindən 1 894 baza stansiyanın fəaliyyəti gücləndirilib. Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini təkmilləşdirən "Azercell” toplam 5 211 baza stansiyası ilə fəaliyyət göstərir. Baza stansiyalarının sayının artırılması "Azercell”in indi həm səs xidmətləri, həm də sürətlə artan mobil data üçün daha da etibarlı və yüksək tutumlu şəbəkəyə sahib olması deməkdir. Son illər ərzində "Azercell” yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25% gücləndirib.
 
Məlumat üçün qeyd edək ki, "Azercell” regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də apardığı araşdırmalara görə bu gün "Azercell” ölkədə ən yüksək sürətli mobil internet xidmətini təqdim edir. Bu gün üçün "Azercell”in təqdim etdiyi mobil internetin 4G şəbəkəsini 84,1% gücləndirib, nəticədə "Azercell” abunəçiləri arasında mobil internetdən istifadə həcmi son il ərzində 14 dəfə artıb.
 
Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən "Azercell” ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol