• $
  • €
  • ₽
  • ₺
  • £

“Para Bank”ın hüquqi varisinə lisenziya verildi

“Para Bank”ın hüquqi varisinə lisenziya verildi
31.03.2017 14:49
Cəmiyyət 20 filialın açılmasına icazə alıb
 
 Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən "Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-yə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilib. Bu barədə "Marja"ya Palatadan bildirilib.
 
Məlum olduğu kimi, "Parabank” ASC-nin lisenziyasıMBNP-nin Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə ləğv edilmiş və məhkəmənin qərarına əsasən banka Əmanətlərin Sığortalanması Fondu (Fond) ləğvedici kimi təyin edilmişdir. Fond 43milyon manat sığortalanmış əmanətlər üzrə kompensasiya ödəmişdir.
 
Fond və "Parabank”ın səhmdarları arasında bankın BOKT-na transformasiyası məsələsi razılaşdırılmışvə MBNP-yə müraciət edilmişdir.
 
MBNP-nin məsələyə dair ilkin razılığı alındıqdan sonra bankın BOKT-na çevrilməsi ilə bağlı Fond tərəfindən 22 avqust 2016-cı il tarixində Məhkəməyə müraciət edilmiş və  Məhkəmənin31 avqust 2016-cı il tarixli qərarı ilə ərizə təmin edilmişdir. "Para” BOKT-un nizamnaməsi 2 dekabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. 
 
Məhkəmənin 9 fevral 2017-ci il tarixli qərardadı ilə "Parabank”ın məcburi ləğv prosesi dayandırılmış və Fondun ləğvedici kimi fəaliyyətinə xitam verilmişdir. Cəmiyyət BOKT kimi fəaliyyətə başlamaq üçünxüsusi icazə almaq  məqsədilə9 mart 2017-ci il tarixində MBNP-yə müraciət etmişdir.
 
"Parabank” ASC-ninhüquqi və fiziki şəxslər qarşısında 39 milyon manat məbləğində öhdəliyi icra edilmiş, qalan digər öhdəlikləri isə kreditorlarla razılaşdırılaraqtənzimlənmişdir.
 
MBNP "Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsini və  MBNP-ninNizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq, "Para” BOKT ASC-yəgirov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə lisenziya verib.
 
Bununla da, ilk dəfə bankın digər kredit təşkilatına – bank olmayan kredit təşkilatına çevrilməsi prosesi həyata keçirilmişdir.
 
Direktorlar Şurasının iclasında həmçinin "Para” BOKT ASC-ninxidmət şəbəkəsinin  formalaşdırılması məqsədilə 20 filialının açılmasımüraciətinə baxılmış və müvafiq icazələrin verilməsinə dair müsbət qərar qəbul edilmişdir.
31 Mart 2017, 13:22   

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol