• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıqabulda 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Hacıqabulda 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur
01.04.2017 11:40
Bu il yenidən qurulması nəzərdə tutulan kənd və qəsəbələrarası avtomobil yolları layihələri çərçivəsində "Azəravtoyol” ASC tərəfindən Hacıqabul rayonu, Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi işlərinə start verilib.
 
ASC-dən "APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl  və  optimal qırmadaş qarışığından aparılır. Çınqıl örtüklü olan yol vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə müəyyən problemlər yaradırdı. Ancaq yolun yenidən qurulması ilə yaranan problemlər köklü şəkildə həll olunacaq.
 
Uzunluğu 51,5 km uzunluğunda olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Tikinti işləri çərçivəsində yolun çiyinlərinin eni hər bir istiqamət üzrə eni 2 metr, 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək. Yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə isə 300 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılacaq.
 
Yenidən qurulan avtomobil yolunda hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 290 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, 145 km uzunluğunda xətlənmə işləri aparılacaq, və təhlükəsizlik dirəkləri quraşdırılacaq. Eyni zamanda suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 metr və 1 metr diametrində olan dəmir-beton borular da quraşdırılacaq.
 
Qeyd edək ki, Hacıqabul rayonu, Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi 5 yaşayış məntəqəsinin 18,7 min əhalinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, vətəndaşların yetişdirdikləri məhsulları bazarlara daşımasını asanlaşdırmaqla sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol