• $
  • €
  • ₽
  • ₺
  • £

“Samsung Anti-Tangle” – tozsoran quruluşunda yenilik

“Samsung Anti-Tangle” – tozsoran quruluşunda yenilik
01.04.2017 13:40
Hər dəfə tük və saç topaları ilə tıxanmış tozsoranı təmizləməyə yır-yığışa ayırdığımız vaxtdan daha çox sərf edirik. Belə ki, məcburiyyətdən zibil konteynerini çıxarırıq, çirk yayaraq və yığdığımız tozu səpələyərək, dolanmış tük və saçları əl ilə təmizləyirik. Və bütün bunlar ona görədir ki, tozsoran sovurma gücünü itirir. 

"Samsung” yeni "Anti-Tangle” turbinli "CycloneForceTM” sistemini təqdim edir. Bu sistem tük, saç və tozun dolanmasının qarşısını alaraq sabit sovurma gücünü uzun müddət ərzində davamlı olaraq təmin edir.

Adi tozsoranlarda fırlanan ventilyator havanı və tozu özünə çəkərək zibil konteynerinə toplayır, xüsusi barmaqlıqlar isə tullantı və tükü üzərində saxlayaraq ventilyatora düşməsinin qarşısını alır.

Yeni sistem isə hava burulğanı yaradır, toz və çirk hissəcikləri, mərkəzdənqaçma qüvvəsinin təsiri altında burulğandan itələnərək zibil konteynerində toplanır. Dövrü hava axını üzərində işləyən bu sistemin adı da elə buradan irəli gəlir – "Cyclone ForceTM”.

"Anti-Tangle” turbininə gəldikdə isə, eni 2,5 sm olan bu işlək element, adi sovurmanı tənzim edən motorun üzərində işləyir. Motor yeni turbinə dəqiqədə 10000 dövrə etməyə imkan yaradır. Bu sadə gündəlik həll, əlavə hava axını ilə tük və saçları birbaşa zibil konteynerinə toplayaraq dolanma problemini aradan qaldırır.

"Anti-Tangle” turbinli "CycloneForceTM” sistemi sahəsində sovurma gücü təmizliyin əvvəlindən axırına kimi dəyişməz olaraq qalır. Bu da öz növbəsində təmizliyin effektivliyini artırır. 


Yeri gəlmişkən, konteynerin təmizlənməsi də olduqca asandır.

Bütün tullantılar zibil konteynerinə yığılır və sonra adət etdiyimiz qaydada oradan xaric olunur: konteyneri çıxarın, qapağını açın və zibil qutusuna əliniz dəymədən boşaldın, konteyneri yerinə qaytarın. Bundan sonra çirki əlinizlə təmizləməyə ehtiyac yoxdur!

Paytaxt sakinləri "Samsung Anti-Tangle” ilə tezliklə "Baku Electronics”, "Kontakt Home” və "Optimal” mağazalar şəbəkəsində daha yaxından tanış ola biləcəklər. Yeni texnologiyalar haqqında əlavə məlumat almaq istəyirsinizsə, bizim xəbərlərimizi izləməyə davam edin.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol