• $
  • €
  • ₽
  • ₺
  • £

Qara çörəyin tərkibi barədə “ağ yalan”

Qara çörəyin tərkibi barədə “ağ yalan”
02.04.2017 09:00
Bu sektorda problem hələ də aktualdır

Əhalinin qidalanmasında əsas yeri tutan ilk məhsul çörəkdir. Gərəkdir ki, çörək də keyfiyyətinə görə istehlakçıların vacib tələblərinə cavab versin. Lakin ölkədə hər bir çörəyin özünəməxsus standartları və məcburi tələbləri olduğu deyilsə də, bu sahədə olan problem və şikayətlər birdəfəlik həll olunmur. Pəhriz əsrində insanlar daha çox qara çörək dediyimiz məhsulun tərkibinin standartlara uyğun hazırlanmasında israrlıdır.

Qara çörəyin tərkibinə də məlum olduğu kimi, "solod” adlı buğda cücərməsi qatılır. Ekspertlər çörəyə rəng vermək üçün ona norma daxilində solod qatılmasını mümkün hesab edirlər. Qara çörək əslində, buğda dəninin çoxluq təşkil etdiyi kəpəkli undan hazırlanmalıdır. Qara una qaralıq verən də buğdanın qabığının tərkibindəki polifenol maddədir. Fəqət işin əslini bir kənara qoyub məhsulun içinə istənilən maddələr qatıb qara çörək kimi təqdim edənlər də az deyil.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çörək bazarını ən liberallaşmış sektor hesab edir. Qurum sədri istehlakçıların qara və dietik çörək barədə fikirlərinin birmənalı olmadığını da deyir:

"Qara çörəyin tərkibinin keyfiyyətli olub-olmadığı mübahisə mövzusudur. Doğrudur, bu sektorda 5-10 il əvvəllə müqayisədə inkişaf var. Amma bununla belə, çörəyin rənginin qara olması üçün onun tərkibinə işlənmiş çayın rənginin, yaxud qəndin yandırılıb qarışdırılması kimi fikirlər də mövcuddur.

Araşdırmalar göstərir ki, qara çörəklərin əksəriyyəti "solod” qatılmaqla hazırlanır. Lakin standartlara uygun olmayan, kimyəvi qatqılarla hazırlanan qara və dietik çörəklər də var ki, bu məhsullar insanda mədə-bağırsaq xəstəlikləri yarada bilər”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol