• $
  • €
  • ₽
  • ₺
  • £

Petkim Külək Elektrik Stansiyasının 42 MVt-ı tamamlanıb

Petkim Külək Elektrik Stansiyasının 42 MVt-ı tamamlanıb
03.04.2017 11:15
Külək Elektrik Stansiyasının 51 MVt olaraq fəaliyyət göstərməsi planlaşdırılır.

ANN.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Petkim yarımadası (İzmir, Türkiyə) ərazisində həyata keçirdiyi Külək Elektrik Stansiyası (KES) layihəsinin 42 MVt-ı tamamlanıb.

"ANN” xəbər verir ki, bu barədə "Petkim Holding”in Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasındakı (Kamuyu Aydınlatma Platformu- KAP) açıqlamasında qeyd olunub.

"2014-cü il martın 28-də 51 MVt gücündə KES-ə investisiya barədə elan vermişik. Layihənin təxminən 42 MVt-lıq hissəsi tamamlanıb. Stansiyanın qalan 9 MVt-lıq hissəsi üçün işlər davam edir. Mövcud 25 MVt-lıq lisenziyamız çərçivəsində KES fəaliyyətə başlayıb. Lisenziyamızın 51 MVt olaraq düzəldilməsinə icazə verilməsi üçün Enerji Bazarını Tənzimləmə Qurumuna müraciət ediləcək”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, qalan 9 MVt-lıq hissənin tamamlanması və lisenziyada dəyişiklik edilməsi ilə KES-in 51 MVt olaraq fəaliyyət göstərməsi planlaşdırılır.

Qeyd edək ki, Petkim Külək Elektrik Stansiyasının inşasının bu il tamamlanması gözlənilir. Layihənin dəyəri 55 mln. ABŞ dolları həcmində qiymətləndirilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol