• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan şirkəti Rusiyada hotel tikir

Azərbaycan şirkəti Rusiyada hotel tikir
03.04.2017 11:30
Artıq yay mövsümündə hotelin istifadəyə verilməsi planlaşdırılır

ANN.AZ/ Rusiya və dünyanın ən uzun çaylarından olan Yenisey çayının sahilində Azərbaycan şirkəti - "Benkons" MMC-yə məxsus "Ene-Say" 4-ulduzlu hotel kompleksinin inşa işlərinin böyük hissəsi yekunlaşıb. "ANN"in "Monavista" saytına istinadən verdiyi xəbərə görə, bunu "Benkons Group Azerbaijan"ın törəməsi - "Benkons" MMC-nin baş direktoru Şərif Hacıyev bildirib. O, hotelin bu yay mövsümündə istismara veriləcəyini deyib.

"Hotelin tikintisinə 2014-cü ildə başlanılıb. İlkin olaraq hotelin bu ilin oktyabr ayında təhvil verilməsi planlaşdırılırdı. Lakin inşaatçılarımız layihəni daha tez yekunlaşdıra bildiklərinə görə, mehmanxana kompleksinin açılışını da irəli tarixə çəkdik", - deyə Ş.Hacıyev əlavə edib.

Qeyd edək ki, "Ene-Say" hotel kompleksinin ümumi sahəsi 16 min kv.metrdir. Kompleksdə 108 otaq, 2 prezident nömrəsi, 31 "apartament" kateqoriyalı otaq, 75 studiya otaq olacaq. İkinci mərtəbə isə ofislər üçün ayrılıb. Həmçinin, burada hotel xidmətinə uyğun infrastruktur - 100 ziyarətçilik restoran, lobbi-bar, SPA-salon, hovuz və s. nəzərdə tutulub.

"Hazırda "Benkons" gələcəkdə hotelin idarəçiliyinin kimə keçəcəyi ilə bağlı danışıqlar aparır. Müxtəlif variantlar - "Hilton", "Marriott" nəzərdən keçirilir. Lakin çox güman ki, hotelin idarəçiliyi Rusiyanın "Azimut Hotels" şirkətinə həvalə olunacaq. Bütün bu məsələlər həllini tapdıqdan sonra, hotelin qiymət siyasəti də müəyyənləşəcək", - deyə Ş.Hacıyev əlavə edib.

Hoteldə ən azı 70 nəfərin işlə təmin edilməsi gözlənilir və burada yerli kadrlara üstünıük veriləcək.
Məlumata görə, "Benkons" MMC hotelin inşasına 2 mlrd. rubldan (təxminən 35,7 mln. ABŞ dolları) artıq investisiya yatırıb. Qoyulan məbləğin 5-6 ilə geri götürülməsi planlaşdırılır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol