“Neft Daşları”nda yeni platformadan ilk quyu qazılır

Quyudan sutkada 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
ANN.AZ/ "Neft Daşları” yatağında yeni istismara verilmiş 620A nömrəli stasionar dəniz özülündən ilk 2621 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"ANN” SOCAR-a istinadən xəbər verir ki, "Azneft” İstehsalat Birliyi "Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1630 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























