Cəzasızlıq özbaşınalıq yaradır

Məlumdur ki, milli iqtisadiyyat bu gün ağır günlərini yaşayır. Neftin
qiymətinin aşağı düşməsi, milli valyutanın devalvasiyası, dünya bazarlarında əlverişsiz
konyuktura tələb edir ki, uzun müddət
yalnız neft və digər xammal gəlirləri ilə dolanan ölkə iqtisadiyyatının
sağalması üçün təcili təxirəsalınmaz tədbirlər görülsün.
Bu kontekstdə ilk növbədə
iqtisadiyyatda ciddi struktur islahatlarını keçirmək, büdcə vəsaitlərinin xərclənməsi
üzərində nəzarəti ciddiləşdirmək və
bununla yanaşı sözdə deyil, əməldə cəmiyyətimizin bəlası olan və onun
inkişafını ləngidən məmur özbaşınalığını, korrupsiyanı, rüşvətxorluğu, inhisarlaşmanı
kökündən yox etmək lazımdır. Bu xərçəng şişi kimidir, metastazlar cəmiyyətin əksər
sahələrini tutub və onun çürümə əlamətləri aşkardır. Aydındır ki, kardinal islahatlar
və məmur özünəbaşlığ əleyhinə total, güzəştsiz mübarizə lazımdır, amma
islahatları köhnə düşüncə tərzi ilə keçirmək perspektivsiz məşğuliyyətdir.
Müxtəlif təbəqəli məmurlar öz vəzifələrini ailəvi mülkə çevirib və 1001
oyundan çıxırlar ki, bircə ciblərini dövlət hesabına doldursunlar və etdiklərinə,
oğurladıqlarına görə heç bir əngəllə qarşılaşmasınlar – cəzasızlıq isə məlum
olduğu kimi, özbaşınalıq doğurur.
Artıq uzun müddətdir ki, mütəmadi olaraq KİV-də Bakı ş. İcra hakimiyyətinin Reklam və İnformasiya İdarəsində baş
verən özbaşınalıqlar və məmur özbaşınalıqları barədə dəfələrcə aktual məqalələr yayımlanıb. Bu dövlət strukturunun rəhbərləri Əli Əskərov
və Zahid İsmayılov utanmayaraq öz xidməti mövqeyindən, dövlətin onlara həvalə
etdiyi öhdəliklərdən istifadə edərək, bu İdarəni faktiki olaraq şəxsi, ailəvi kommersiya
strukturuna çevirərək, paytaxtımız Bakı şəhərində çöl reklamını ələ keçirərək inhisar
yaradıblar.

Bütün bunlar bu cür məmurlarımızın həqiqətən unikal və analoqsuz
olması faktını parlaq nümayiş etdirir.
Öz açıq bəyanatlarında və rəsmi müraciətlərində onlar qanunlardan,
norma və qaydaların hamı üçün bərabər olmasından, ədalətdən ağızdolusu
danışırlar. Amma öz qərəzli və tamahkar maraqlarına gələndə çirkin əməllərə,
hiylələrə əl atır, heç kəsi və heç nəyi vecinə almırlar.
Həqiqətən də bu cür məmurların özbaşınalığı, ikiüzlülüyü və riyakarlığının həddi-hüdudu
yoxdur. Elə bir təəssürat yaranır ki, onlar Azərbaycan Respublikasının "Dövlət
Xidməti haqqında qanunu”-nu heç bir dəfə də olsun əllərinə almayıblar. Axı bu qanunda
dəqiq və birmənalı şəkildə qeyd olunub ki, dövlət qulluqçusuna işlədiyi sahədə kommersiya
fəaliyyəti ilə məşğul olmaq qadağandır, bu zaman maraqların toqquşması meydana
gəlir.
Bu başabəla məmurlar Ə.Əsgərov
və Z.İsmayılov çöl reklamı sahəsində məhz onların rəhbərliyi dövründə yer
alan obyektiv və subyektiv səbəblər üzündən yaranmış vəziyyətdən məharətlə və
peşəkarcasına istifadə etmişlər. Məhz bu zaman Bakı şəhərinin, xüsusilə də mərkəzi
küçələrində geniş miqyaslı abadlaşdırma işləri başladı. Onlar da qərara gəldi
ki, bu onların şansıdır və bu şansı heç bir halda əldən vermək olmaz. Tələsik onlar
yaxın qohumlarının adına rəsmiləşdirilmiş bir neçə kommersiya strukturu yaratdılar və acgöz iştahla
çöl reklamı bazarını zəbt etməyə başladılar.
Məhz onların dövründə reklam konstruksiyalarının şəhərin mərkəzi küçələrində
görünməmiş demontajı başladı. Nəticədə bir çox xırda və orta reklam agentlikləri
bu məmurların tədbirləri üzündən müflis oldu. Əslində isə konstruksiyaların belə
irimiqyaslı demontajına heç bir əsaslı səbəb yox idi və ola da bilməzdi, çünki
onların bünövrəsi çox kiçik sahə tuturdu və abadlıq işləri zamanı problem
yarada bilməzdi. Məsələ onda idi ki, bunların hamısı İdarə rəhbərliyinin
uzaqgörən məqsədləri naminə edilirdi ki, gələcəkdə bu yerləri asanlıqla ələ
keçirsinlər.
Bu reklam yerlərinin keçmiş (şəhərin abadlıq işlərindən öncəki)
reklam agentliklərinə qaytarılması barədə şifahi və yazılı, rəsmi müraciətlərə,
bəyənatlara, tələblərə baxmayaraq Reklam İdarəsinin rəhbərləri Əli Əsgərov və Zahid
İsmayılov müxtəlif və mümkün formal səbəblərlə tələsik şəkildə bütün reklam
daşıyıcılarına, öz ailə üzvlərinin adına olan agentliklərin reklam lövhələrini yerləşdirdilər.
Çox güman ki, sıravi məmurun əmək haqqı ilə yaşamaq onların ürəyincə
deyildi və buna görə də Reklam İdarəsini əlavə gəlir mənbəyinə çevirmək qərarına
gəlmişdilər.
Reklam məmurlarının bu manipulyasiyaları nəticəsində bu gün bizdə
faktiki olaraq bütünlüklə monopoliyaya məruz qalmış, məmurların idarə etdiyi, tənzimlədiyi
və nəzarət etdiyi sahə var.
Reklam agentliklərini yaradarkən bu başabəla məmurlar düşünür ki, istənilən
biznes onların əllərindən gəlir, sadəlövhcəsinə güman edirlər ki, reklam sadəcə
şəkili çap etmək və onu göstərməklə bitir.
Heç bir peşəkar təcrübəsi, lazımi səriştəsi olmayan qohum-əqrəbalardan
diletant kollektiv toplayaraq – onlar reallıqda çöl reklamı sahəsini dəhşət hala
gətirib onu əsl "bazara” çeviriblər. Beynəlxalq reklam agentliklərinin, böyük
reklamverənlərin Azərbaycanda çöl reklamı haqqında xoşagəlməz fikirlər söyləməsi
və bu sahədə bütün təkliflərə şübhə ilə yanaşmaları da onların sayəsində oldu.
Belə bir vəziyyətdə korrupsiyanın olması qaçılmazdır, çünki heç bir bərabərlikdən,
sağlam rəqabətdən, səmərəli şəraitdən söhbət də ola bilməz. İnzibati resursların sayəsində bütün sərfəli şərtlər,
bütün imtiyazlar, üstünlüklər aydın məsələdir ki, yalnız öz nəzarətlərində olan
şəxsi kommersiya strukturlarına verilir və mərhələli şəkildə, sistematik olaraq
paytaxtda bütün çöl reklamını öz əllərinə keçirirlər. Müxtəlif uydurma bəhanələrlə,
öz səlahiyyətlərindən istifadə edərək məmurlar reklam bazarında hələ də fəaliyyət göstərən digər iştirakçıları
sıxışdırıb aradan çıxarmağa çalışırlar. Onların məqsədi aşkardır – bu bazarda şərtləri və qiymətləri diktə etmək,
bazarda yeganə oyunçu olmaq və çox yüksək gəlir qazanmaq üçün 100% payla monopoliya
yaratmaq.

Başabəla məmurların üzündən haqları tapdalananların, müflisləşənlərin,
bazardan sıxışdırılıb çıxarılanların, indiyədək sıxışdırılanların və dözülməz
iş şəraitinə məruz qalanların müraciət etmədiyi yer qalmayıb, amma bütün ərizələr,
müraciətlər, iddialar və tələblər əvvəlki kimi cavabsız və lazımi reaksiyasız
qalır.
Paradoks ondadır ki, söhbət qapalı çərçivədə məlum olan bir şeydən getsəydi, onda bu vəziyyətin indiyədək haqlı qiymətini almaması aydın olardı.
Dərd də burasındadır ki, bu
məsələ üzrə qərəzsiz araşdırma aparıb ədalətli və obyektiv qərar verməli
olanlar da daxil olmaqla, yüz minlərlə vətəndaş demək olar ki, hər gün reklam
plakatlarına baxır. Kommersiya
strukturlarının mənsubiyyətini, onların sahiblərinin Əli Əsgərov və Zahid İsmayılovla
qohumluq əlaqələrini, təəssüf ki, heç kim araşdırmır.
İp nə qədər dartılsa da, axırda mütləq qırılacaq. Bəzən normal bir insan da məmurlarin həmrəyliyindən və ikitərəfli işindən heyrətə gəlir. Amma son vaxtların korrupsiya skandalları göstərir ki, məmurların bu zənciri müvəqqətidir və X anı gələndə onlar bir-birini dəyər-dəyməzinə satır,
Ölkə hakimiyyəti biznes mühitini yaxşılaşdırmaq, investisiyaların cəlb
olunması və ölkənin qeyri-neft sektorunun inkişafı üçün əlindən gələni edir,
amma Reklam İdarəsindəki kimi bəzi dövlət məmurları isə elə öz ciblərini
doldurmaqla məşğuldur.
Məmurlarımızın diribaşlığı və zirэkliyi heyrətə gətirir, bu vəzifə sahiblərinin sözün əsl mənasında analoqu yoxdur, bütün xoşməramlı
və yaxşı təşəbbüsləri qaralamağa və məhv etməyə qadirdilər. Bütün fərmanları öz
maraq və istəklərinə uyğun anlamaq bacarıqlarına isə əl çalmaq düşür.
Belə bir özbaşınalığı, məmur acgözlüyü və həyasızlığı olan sarsılmaz
bürokratik barrikada ilə qarşılaşdıqda sahibkarların çoxu təslim olub və
qanunsuzluğa qarşı mübarizənin mənasızlığına əmin olaraq reklam bazarından
uzaqlaşıb (buna görə onlara bəraət qazandırmağa və ya günahlandırmağa heç kimin
haqqı yoxdur, bu onların seçimidir, onların qərarıdır).
Davamı var...
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























