Azərbaycan bankları işçilərinin sayını azaldır

Bu ilin fevral ayında 266 nəfər bankdakı işini itirib.
ANN.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycan bankları filiallarının sayını 6 ədəd azaldaraq 563-ə endirib.
Bu barədə "ANN” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Məlumata görə, əvəzində bank sektorunda şöbələrin sayı 4 ədəd artaraq 135 olub.
2 ay ərzində banklara məxsus bankomat qurğularının sayı isə cəmi 1 ədəd artaraq 2 462 olub.
Hesabat dövründə bank işçilərinin sayı isə 285 nəfər azalaraq 16 662-yə düşüb. Bunun 266 nəfəri işini fevralda itirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























