• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək haqqından vergi tutulması – QAYDALARI

Əmək haqqından vergi tutulması – QAYDALARI
05.04.2017 14:40
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin şöbə rəhbəri Əvəz Quliyevin şərhinə əsasən, fiziki şəxslərdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı olmaqla iki hissədə vergi tutulur: 

"Fiziki şəxslərin gəlirindən, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, aylıq gəlir 2500 manata qədər olduqda 14%, 2500 manatdan yuxarı olan hissəsinin 25%-i miqdarında vergi tutulur.

Əməkhaqqı 2500 manata qədər olduqda əməkhaqqından ölkə üzrə yaşayış minimumu (155 manat, 2017-ci il) çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur.

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir”.

Oxu.Az xəbər verir ki, Ə.Quliyevin sözlərinə görə, milli qəhrəmanları, müharibə əlillərinin, müharibə veteranı adı almış şəxslərin və s. vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Məcburi köçkünlər və onlara bərəbər tutulan şəxslərin vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və ya tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

"Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3%-i miqdarında məcburi dövlət sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, əmək müqaviləsi ilə işləyən hər bir vətəndaş Elektron Hökumət Portalında şəxsi kabinetini yaratmaqla işlədiyi illər ərzində müəssisə tərəfindən onun əvəzinə vergi və DSMF ödənilib-ödənilmədiyini və eyni zamanda illər ərzində ödənilmiş vergi və sosial sığorta haqları barədə məlumat əldə edə bilər.

Bir neçə misal üzərində gəlir vergisi və sosial sığorta haqqının hesablanması qaydasına baxaq.

Misal 1: Fiziki şəxsin aylıq gəliri 450 manat olduğu halda, əməkhaqqından aşağıdakı qaydada vergi tutulacaq:

Gəlir vergisi: 450-155=295*14%=41,3 manat

DSMF: 450*3%=13,5 manat

Deməli, vergi çıxıldıqdan sonra ələ çatan pul: 450-(41,3+13,5)=395,2 manat

Misal 2: Fiziki şəxs məcburi köçkün olduğu halda və əməkhaqqı 450 manat təşkil etdikdə, əməkhaqqından aşağıdakı qaydada vergi tutulacaq:

Gəlir vergisi: 450-155-100=195*14%=27,3 manat

DSMF: 450*3%=13,5 manat

Vergilər çıxıldıqdan sonra ələ çatan pul: 450-(27,3+13,5)=409,2 manat

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol