• $
  • €
  • ₽
  • ₺
  • £

"Zığ"da müasir liman yaradılacaq

"Zığ"da müasir liman yaradılacaq
06.04.2017 23:00
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Zığ" quru yük limanında işlər qrafikə uyğun davam etdirilir.

Qurumdan Trend-ə verilən məlumata görə, hazırda limanın 6 hektar ərazisinin betonlaşdırılması həyata keçirilir. Prosesin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur.

Təmir-tikinti işlərinin yekunlaşması ilə yükaşırma müəssisəsinin müasir nəqliyyat və logistika mərkəzinə çevrilməsi planlaşdırılır. Hədəfə nail olmaq üçün istifadə olunan əksər qaldırıcı qurğular - kran və avtoyükləyicilər təzələri ilə əvəzlənir. Bəziləri isə təmir edilərək yenidən istismara veriləcək.

İşçilərin sayının artırılması da nəzərdə tutulan limanda əməyin mühafizəsinə xüsusi diqqət yetirilir və bu məsələlərdə Beynəlxalq şirkətlərin tələbləri əsas götürülür.

Aparılan infrastruktur işləri ilə paralel, liman tam gücüylə fasiləsiz şəkildə - 24 saat fəaliyyət göstərir. Hazırda müəssisədə əsasən bərələrlə yük avtomobilləri, göyərtə yükləri, quru yük gəmiləri ilə konteyner, svay, boru, paletli yüklər qəbul olunur və göndərilir. Gələcəkdə yüklərin çeşidi artacaq. Ümumiyyətlə, təmirin tam başa çatmasından sonra daha böyük həcmdə yüklərin qəbulu və göndərilməsi mümkün olacaq.

Xəzər dənizinin qərb sahilində yerləşən və 7 körpüyə malik "Zığ” quru yük limanının əsas üstünlüyü mərkəzə yaxın olmasıdır. Dəmiryolu xəttinin körpünün yaxınlığından keçməsi onun əlverişliliyini daha da artırır. Bu, yüklərin vaqonlardan gəmilərə və ya gəmilərdən vaqonlara vurulması prosesini asanlaşdırır. Eyni zamanda, limanın yükləri saxlamaq üçün qapalı və açıq tipli anbarlarının sayının artırılması da istisna olunmur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol