• $
  • €
  • ₽
  • ₺
  • £

Yevlaxda altı yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Yevlaxda altı yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
07.04.2017 21:00
Yevlax rayonunun 18 km uzunluğunda olan Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.
 
"Azəravtoyol” ASC-dən "APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür.
 
Bu işlərə paralel olaraq yol əsasının tikintisi da aparılır. Əsasın tikintisi 15 sm qalınlığında qum-çınqıl və 12 sm qalınlığında optimal qırmadaş qarışığından ibarətdir. Torpaq işləri yekunlaşan hissələr isə artıq asfaltlanır. Sözügedən avtomobil yoluna 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənir. Ümumilikdə isə yolun 100 min kvadratmetrdən çox ərazisinin asfaltlanması nəzərdə tutulub.
 
IV texniki dərəcəyə uyğun yenidən qurulan Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər iki istiqamət üzrə 1,5 metr olmaqla yol yatağının ümumi eni 10 metr təşkil edir. Layihə çərçivəsində yol boyu müxtəlif diametrli 16 ədəd su borusunun tikintisi işləri də aparılır.
 
Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra yola 360 ədəd təhlükəsizlik dirəkləri, 118 ədəd yol nişanları və göstərici lövhələr quraşdırılacaq, 25 km uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkiləcək.
 
Məlumat üçün bildirək ki, Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi 8 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirərək gediş-gəlişi rahatlaşdıracaq, yük və sərnişin daşınmasını isə xeyli asanlaşdıracaq. Ən əsası isə avtomobil yolu ilə Mingəçevir-Bəhrəmtəpə, həmçinin Bakı-Ələt-Qazax-Rürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla əhalinin yetişdirdikləri məhsulları rahat şəkildə və qısa müddət ərzində bazarlara daşımasına imkan yaranacaq, bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının inkişafına müsbət təsir etmiş olacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol