• $
  • €
  • ₽
  • ₺
  • £

“Şahdəniz-2” layihəsində işləyən MMC-nin akkreditasiyası dayandırılıb

“Şahdəniz-2” layihəsində işləyən MMC-nin akkreditasiyası dayandırılıb
07.04.2017 16:40
İnspeksiya zamanı bir sıra nöqsanlar aşkar edilib.

REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunun tələblərinə əsasən, "SGS Azeri Ltd.” MMC-nin inspeksiya orqanında martın 15-17-də inspeksiya nəzarəti həyata keçirilib. Bu barədə "Report”a Komitədən məlumat verilib.

İnspeksiya nəzarəti zamanı orqanın "İnspeksiya aparan müxtəlif növ orqanların əməliyyatı üçün ümumi meyar" standartının (AZS İSO 17020-2008) tələblərinə uyğunluğu qiymətləndirilib və bir sıra nöqsanlar aşkar edilib. Belə ki, "SGS Azəri Ltd.”-nin inspeksiya orqanında idarəetmə sisteminin mövcud olmadığı müəyyən edilib, orqan tərəfindən aparılan inspeksiya işlərində yeyinti məhsulları (buğda) üzrə 4 ədəd, neft-qaz və neft-kimya məhsulları üzrə 107 ədəd istifadə olunan ölçmə vasitəsi, Səngəçal Sənaye Parkında "SGS Azəri Ltd.”-nin sənaye sahəsi üzrə istifadə edilən heç bir ölçmə vasitəsi (1 il 6 ay ərzində) dövri yoxlamaya təqdim edilmədən istismar edilib.

Bundan başqa, Qaradağ rayonu Səngəçal terminalında "Şahdəniz-2” layihəsi üzrə "SGS Azəri Ltd.”-nin laboratoriyası tərəfindən 1 mart 2016-1 mart 2017-ci il tarixlərində yoxlamadan keçməmiş ölçmə vasitələri ilə 15 007 ədəd, Bakı şəhəri Nobel prospektində yerləşən Neft-qaz və neft-kimya məhsullarının sınaq Laboratoriyasında isə yoxlamadan keçməmiş ölçmə vasitələri ilə 694 ədəd sınaq aparılıb. Həmin sınaqlar "SGS Azer Ltd.” MMC-nin qumun, qıramdaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasında və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasında aparılıb.

İnspeksiya nəzarətinin nəticəsində Dövlət Akkreditasiya Xidməti tərəfindən "SGS Azeri Ltd.”-nin inspeksiya orqanının, qumun, qıramdaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasının və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasının akkreditasiya attestatlarının qüvvədə olma müddətinin dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol