• $
  • €
  • ₽
  • ₺
  • £

“Barama Hackathon 2017” layihəsinə qeydiyyat başlandı

“Barama Hackathon 2017” layihəsinə qeydiyyat başlandı
07.04.2017 12:48
Azercell Telekom MMC və PAŞA Bank-ın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli "Barama Hackathon 2017” layihəsinə start verilib.

Müəyyən bir mövzu ilə bağlı proqramçıların komanda şəklində məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı "Hackhaton”lar bütün dünyada adətən "Google”, "Netflix”, "Facebook”, "HP” və "Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Developerlərə təqdim olunan bu dəfəki mövzu – mobil telefonların xüsusiyyətlərindən istifadə edərək yeni mobil tətbiqin yaradılmasıdır. 22 aprel saat 09:00-da start verilən yarış 36 saat davam edəcək və 23 aprel saat 21:00-də dayandırılacaq. Bu müddət ərzində hazırlanan mobil tətbiqlər 25 aprel tarixində münsiflər heyətinə təqdim olunacaq və ilk üç yerin qalibləri Azercell və PAŞA Bank tərəfdən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. Layihədə iştirak etmək istəyən proqramçılar hackathon.barama.az saytında qeydiyyat formasını doldurmalıdırlar. "Barama Hackathon 2017”-də qələbə uğrunda10 komanda mübarizə aparacaq. 18.04.2017 tarixi qeydiyyat üçün sonuncu gündür.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində komandaları qida ilə "Özsut” restoranlar şəbəkəsi təmin edəcək. Tədbirin Media dəstəyi isə technote.az portalına məxsusdur.

Xatırladaq ki, ötən il Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə "Barama Hackathon 2016” keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaqdır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol