• $
  • €
  • ₽
  • ₺
  • £

Büdcəni dağıdan rayon icra hakimiyyətləri - SİYAHI

Büdcəni dağıdan rayon icra hakimiyyətləri - SİYAHI
10.04.2017 22:18
Azərbaycan Hesablama Palatası maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarladığı rayon icra hakimiyyətlərinin adını açıqlayıb.

 Milli Məclisdən APA-ya verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda bildirilib. Bunlar Qaradağ, Sabunçu, Abşeron, Salyan, Şirvan, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Masallı rayon icra hakimiyyətlərində mənzil-kommunal təsərrüfatları, Biləsuvar, Cəlilabad, Tovuz, Siyəzən, Quba, Oğuz rayon icra hakimiyyətlərində isə investisiya üzrə sahələrdir.
 
Mənzil-kommunal təsərrüfatı üzrə nöqsanlar aşkarlanan rayonlardan Qaradağ Rayon İcra Hakimiyyətində 16 hal, Sabunçu Rayon İcra Hakimiyyətində 11 hal, Abşeron Rayon İcra Hakimiyyətində 19 hal, Salyan Rayon İcra Hakimiyyətində 13 hal, Şirvan Şəhər İcra Hakimiyyətində 15 hal, Zaqatala Rayon İcra Hakimiyyətində 14 hal, Goranboy Rayon İcra Hakimiyyətində 18, Ağcabədi Rayon İcra Hakimiyyətində 15 hal, Hacıqabul Rayon İcra Hakimiyyətində 17 hal, Masallı rayon İcra Hakimiyyətində isə 15 hal qeydə alı.
 
İnvestisiya üzrə Biləsuvar Rayon İcra Hakimiyyətində 8 hal,  Cəlilabad Rayon İcra Hakimiyyətində 6 hal, Tovuz Rayon İcra Hakimiyyətində 5 hal, Siyəzən Rayon İcra Hakimiyyətində 6 hal, Quba Rayon İcra Hakimiyyətində 4 hal və Oğuz Rayon İcra Hakimiyyətində isə 5 hal üzrə nöqsan aşkarlanıb.
 
Palata tərəfindən görülən tədbirlərdən sonra maliyyə pozuntularından Qaradağ Rayon İcra Hakimiyyətindən 50 529,8 manat (1 nəfər vəzifədən azad olunub, 3 nəfər şiddətli töhmət alıb), Sabunçu Rayon İcra Hakimiyyətində 35 196 manat (9 nəfərə xəbərdarlıq edilib), Abşeron Rayon İcra Hakimiyyətindən 297 191,5 manat (1 nəfər vəzifədən azad olunub, 11 nəfər şiddətli töhmət alıb), Salyan Rayon İcra Hakimiyyətindən 161 102,9 manat (3 nəfər vəzifədən azad olunub, 2 nəfər xəbərdarlıq alıb), Şirvan Şəhər İcra Hakimiyyətindən 70 749,5 manat(5 nəfər şiddətli töhmət, 14 nəfər töhmət alıb), Zaqatala Rayon İcra Hakimiyyətindən 2504,0 manat (2 nəfər xəbərdarlıq alıb), Goranboy Rayon İcra Hakimiyyətindən 61 444,2 manat (1 nəfər töhmət, 2 nəfər xəbərdarlıq alıb), Ağcabədi Rayon İcra Hakimiyyətindən 569 68,5 manat (5 nəfər şiddətli töhmət, 3 nəfər xəbərdarlıq alıb), Hacıqabul Rayon İcra Hakimiyyətindən 50 103,4 manat (2 nəfər şiddətli töhmət, 4 nəfər töhmət alıb), Masallı Rayon İcra Hakimiyyətindən 79 750,6 manat (1 nəfər vəzifədən azad edilib, 1 nəfər xəbərdarlıq alıb) ödətdirilib.
 
İnvestisiya üzrə nöqsanlar aşkarlanan rayonlardan Biləsuvar Rayon İcra Hakimiyyətindən 81 675,6 manat (2 nəfər vəzifədən azad edilib, 1 nəfər töhmət alıb), Cəlilabad Rayon İcra Hakimiyyətindən 476 697,5 manat (2 nəfər töhmət alıb), Tovuz Rayon İcra Hakimiyyətindən 31 956,0 manat (2 nəfər töhmət, 2 nəfər də xəbərdarlıq alılb), Quba Rayon İcra Hakimiyyətindən 9621,8 manat ödətdirilib. Siyəzən və Oğuz rayon icra hakimiyyətlərindən isə heç bir ödətdirmə mümkün olmayıb.
 
Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol