• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən hotellərin fərqli qiymət siyasətinə - MÜNASİBƏT

Nazirdən hotellərin fərqli qiymət siyasətinə - MÜNASİBƏT
11.04.2017 11:06
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə hotellərinin xarici turizm şirkətlərinə otaq yerlərini daha ucuz, yerli turizm şirkətlərinə isə daha baha qiymətə satmasına münasibət bildirib.

ANN.Az xəbər verir ki, Ə.Qarayev Trend-ə verdiyi açıqlamasında bildirib ki, bunu tənzimləmək mümkün deyil, hər bir hotelin özünün qiymət siyasəti var.

Nazir yerli hotellərin otaq yerlərini xarici şirkətlərə ucuz verməsinin səbəbini xarici şirkətlərin hotellərə bron sifarişlərini daha tez etməsi ilə əlaqələndirib: "Hər bir hotelin öz sistemi var. Hotellər qiymətləri korporativ təqdim edir. Qabaqcadan kim sifariş edirsə, onun üçün qiymətlər daha ucuz olur. Xaricdən sifariş olunan yerlər vaxt müddətinə görə daha tez olduğuna görə onlar bu yerləri daha əlverişli qiymətlərə alırlar. Hər bir müəssisə, hər bir hotel öz işini qabaqcadan planlaşdırmaq istəyir və ona görə də şirkətlərə imtiyazlar verir. Sifarişlər tez edilərsə, bu imtiyaz yerli şirkətlərə də verilə bilər".

Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirmişdi ki, Azərbaycandakı hotellər yerli turizm şirkətləri ilə müqayisədə xarici şirkətlərə (onlara göndərilən turist sayına görə) öz otaq yerlərini çox ucuz qiymətə təklif edirlər: "Azərbaycanın turizm şirkətləri hotellərdən ucuz qiymətə yer ala bilmirlər və onlar xarici şirkətlərlə rəqabətdə uduzurlar. Bütün bunların nəticəsi olaraq, Azərbaycana səfərlər üçün xarici şirkətlərin təqdim etdiyi paketlərin qiymətləri Azərbaycan şirkətlərinin təqdim etdiyi paketlərin qiymətlərindən ucuz olur".

AzTA rəsmisi hesab edir ki, hotellər yerli turizm şirkətlərinin marağını müdafiə etməlidirlər: "Əgər hotel yerləri Azərbaycanın turizm şirkətlərinə ucuz verilərsə, onda xarici turistlər də bizim özümüzün turizm şirkətlərindən turpaket almağa məcbur olacaqlar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol