Şabranda 3 ulduz otel açılacaq

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunun Gəndov kəndində işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı), istixana və soya əkini təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin və 3 ulduz otelin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























