• $
  • €
  • ₽
  • ₺
  • £

"Petkim" və STAR-ın işçiləri etiraz aksiyası keçirir

"Petkim" və STAR-ın işçiləri etiraz aksiyası keçirir
11.04.2017 17:33
SOCAR-ın Türkiyədəki törəməsi "SOCAR Turkey Energy A.Ş."-nin tabeliyində fəaliyyət göstərən STAR neft emalı zavodu və "Petkim Petrokimya Holding A.Ş."-nin işçiləri etiraz aksiyası keçirir.
 
"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aksiyaya səbəb STAR-ın işçilərinin "Petkim"ə transfer olunması ilə bağlı rəhbərliyin verdiyi qərardır. Ötən günün ikinci yarısında tətil elan edən işçilər, bu gün səhər saatlarından etibarən şirkətlərinin önündə aksiya keçirir. Aksiyadan öncə rəhbərliyə ciddi xəbərdarlıq ünvanlayaraq verilən qərarın ləğv olunması tələb olunub.
 
KİV yazır ki, etiraz aksiyası dinc şəraitdə keçir.
 
Etiraz aksiyasının iştirakçıları bildirir ki, "SOCAR Turkey Energy" bu qərarla həmkarlar ittifaqının fəaliyyətinin dayandırılmasına səbəb olmaq niyyətindədir.

Aksiya iştirakçılarının yerli mətbuata verdiyi məlumata əsasən, "SOCAR Turkey Energy" 132 işçini STAR-dan "Petkim"ə transfer etmək niyyətindədir: "Həmin işçilər iş yerini dəyişmək istəmədiyi halda işdən azad olunacağı ilə hədələnib. Zavod rəhbərliyi bildirib ki, qoyulan şərtlərə qane olmayanların əmək müqavilələrinə aprelin 12-də xitam veriləcək".

Mətbuat həmçinin yazır ki, etiraz aksiyasından sonra yerli aidiyyəti qurumlar şirçət rəhbərliyi ilə danışıqlara başlayıb. Hələlik qurum rəsmiləri danışıqların nəticələrini açıqlamayıb, lakin yaxın vaxtda aksiya iştirakçılarına bu barədə məlumat veriləcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol