Bu işçilərin maaşları artdı

Nazirlər Kabineti "Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na dəyişiklik edib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, dəyişiklik Gömrük sisteminin inkişaf fondunun vəsaitinin xərclənməsi qaydası ilə bağlıdır.
İndiyə qədər Gömrük sisteminin inkişaf fonduna daxil olan vəsaitin 50%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənib.
Dəyişikliyə əsasən, bundan sonra həmin vəsaitin 60%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























