Brent markalı neftin qiyməti 57 dollara yaxınlaşır

Dünya bazarlarında neftin qiyməti bahalaşır.
Bu barədə ANN.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,30% artaraq bir barelə görə 56,40 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,24% bahalaşaraq 53,53 dollara satılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























