• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Bolqarıstanda turizm sərgisində milli stendlə təmsil olunub

Azərbaycan Bolqarıstanda turizm sərgisində milli stendlə təmsil olunub
12.04.2017 19:39
Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilmiş "Mədəni Turizm” adlı 14-cü beynəlxalq turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub.
 
Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgi iştirakçılarına və ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti, ənənələri, Azərbaycanda mövcud turizm marşrutları, rekreasiya və turizm mərkəzləri, ölkəmizdə həyata keçirilmiş infrastruktur layihələr haqqında ətraflı məlumat verilib, Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunub, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlar və suvenirlər paylanılıb.
 
Azərbaycanının Bolqarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə yaradılan milli stenddə Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası, Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də "Made in Azerbaijan” brendi ilə təqdim olunan şərablar haqqında məlumat verilib, Azərbaycan şirniyyatları haqqında ətraflı danışılıb.
 
Sərginin açılışında iştirak edən Bolqarıstanın turizm naziri Stella Baltova Azərbaycan stendini ziyarət edib, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıb. İki ölkə arasında müsbət əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən söz açan S. Baltova Azərbaycanın bu sərgiyə qoşulmasını Azərbaycan mədəniyyətinin Bolqarıstanda təbliği baxımından yüksək qiymətləndirib. 
 
Sərginin sonunda Azərbaycan stendi uğurlu iştiraka görə fəxri sertifikatla təltif edilib. Sertifikatı təqdim edən Veliko Tırnovo şəhərinin meri Daniel Panov bu şəhərdə yerləşən və Bolqarıstanın ən qədim mədəniyyət abidəsi sayılan  "Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun Heydər Əliyev Fondu tərəfindən bərpası və yenidən qurulmasının iki ölkə arasında dostluq əlaqələrinin inkişafına əsaslı təkan verəcəyini vurğulayıb və uzun illərdən bəri bolqar xalqının bu arzusunun həyata keçirilməsinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 2016-cı ildə "Trapezitsa” abidəsinin 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpası, 880 metr uzunluğunda turizm xiyabanının salınması, mədəni irs mərkəzinin yaradılması, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyası həyata keçirilib.
 
Qeyd edək ki, Bolqarıstan Turizm Nazirliyinin dəstəyi və Veliko Tırnovo şəhərinin bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentlikləri Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və "Tsarevgrad Tarnov” bələdiyyə turizm agentliyinin birgə təşkilatçılığı ilə baş tutmuş 14-cü "Mədəni Turizm” sərgisində Bolqarıstan, Azərbaycan, Braziliya, Vyetnam, Fələstin Dövləti, Cənubi Afrika Respublikası, Türkiyə, Çexiya, İspaniya və Yunanıstan daxil olmaqla, tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 70-ə yaxın bolqar və xarici şirkət və qurumlar iştirak edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol