• $
  • €
  • ₽
  • ₺
  • £

Üç min dollar borca görə 6 avtomobilə həbs qoyuldu

Üç min dollar borca görə 6 avtomobilə həbs qoyuldu
12.04.2017 23:19
Üç min dollar borca görə 40-50 min manat dəyərində olan 6 avtomobilə həbs qoyulub.

ANN.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan İlqar Ələsgərov ötən ilin aprel ayında baş etibarnamə ilə minik avtomobili alıb. Bir müddət əvvəl avtomobili öz adına rəsmiləşdirmək istədikdə isə problemlə üzləşib.

İlqar Ələsgərova bildirilib ki, avtomobilin rəsmi sahibinin banka borcu olduğu üçün əmlakına həbs qoyulub. Bu avtomobil da həbs qoyulan əmlaka daxildir.

İlqar Ələsgərovun sözlərinə görə, məsələ ilə bağlı qərarı çıxaran məhkəməyə müraciət ediblər. Oradan bildirilib ki, yalnız borc ödəndikdən sonra avtomobilin üzərindəki həbs götürülə bilər.

Hüquqşünas Anar Ramazanov deyib ki, kiçik məbləğli borca görə 6 avtomobilin üzərinə həbs qoymaq düzgün deyil.

Anar Ramazanov bildirib ki, İlqar Ələsgərov avtomobilin rəsmi sahibi ilə birlikdə məhkəməyə müraciət edərək həbsi ləğv etdirə bilər. Etibarnamə və alqı-satqı ilə bağlı digər sənədləri də sübut kimi məhkəməyə təqdim etməlidir. Borclu şəxs, həmçinin məhkəmədə iddia qaldıraraq həddən artıq əmlakına həbs qoyulduğu üçün dəyən maddi və mənəvi zərəri də bankdan tələb edə bilər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol