• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 4 milyard dollarlıq layihəyə imza atacaq

Azərbaycan 4 milyard dollarlıq layihəyə imza atacaq
12.04.2017 20:41
"SOCAR-GPC” şirkəti 2022-ci ilin I rübündə Azərbaycanda yeni neft-kimya və qaz emalı kompleksini istifadəyə verməyi planlaşdırır.

ANN.Az "İnterfaks-Azərbaycan”a istinadən xəbər verir, bu barədə "SOCAR Polymer” şirkətinin baş maliyyə analitiki Babək Beydullayev bildirib.

"Hazırda maliyyə təsisatları ilə bu layihənin maliyyələşdirilməsinə dair danışıqlar aparılır. Müxtəlif variantlar tədqiq olunub. 

Layihə çərçivəsində maliyyə sazişinin 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində imzalanacağı gözlənilir. 

Müəssisənin 2022-ci ilin I rübündə istifadəyə verilməsi planlaşdırılır”, - deyə B.Beydullayev bu gün Bakıda IV Beynəlxalq "Caspian Energy Forum-2017” konfransında çıxışında vurğulayıb.

O həmçinin xatırladıb ki, layihə ümumilikdə 4 mlrd. dollar həcmində qiymətləndirilir.

B.Beydullayevin sözlərinə görə, "SOCAR-GPC” kompleksində istehsal olunacaq 50%-dək məhsulun Türkiyəyə ixracını nəzərdə tutur. "Yaxın Şərq, Çin, Avropa ölkələri məhsulların satış bazarları qismində nəzərdən keçirilir”, - deyə o əlavə edib.

Qaz emalı üzrə müəssisənin gücü illik 10 mlrd. kubmetrə yaxın təşkil edəcək. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol