Mərkəzi Bankdan 250 milyon manatlıq hərrac

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 14-də vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edib.
ANN.Az xəbər verir ki, AMB 250 milyon manat cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, depozitlərin müddəti 14 gün, faiz dərəcəsi 12,01%-14,99% təşkil edir. Bank aprelin 10-da keçirilən son depozit hərracında 200 milyon manat cəlb etməyi hədəfləmişdi.
Ancaq həmin gün depozitlərə tələb 353,5 milyon manat olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























