• $
  • €
  • ₽
  • ₺
  • £

“Mobil Müştəri Xidmətləri” ADA Universitetində

“Mobil Müştəri Xidmətləri” ADA Universitetində
29.05.2020 02:39
Azercell Telekom MMC tələbə və müəllimlərin rahatlığına yönəlik daha bir aksiyaya dəstək verir.  Şirkətin "Mobil  Müştəri Xidmətləri” 13 və 14 aprel tarixlərində Səyyar Asan Xidməti və Vergilər Nazirliyi ilə birgə ADA Universitetində müəllim və tələbələrinə xidmət aksiyasına qoşulub.
 
Mobil  Müştəri Xidmətlərinin təmsilçiləri Vüqar Namazov və Fuad Tahirov tələbə və müəllim heyətinə ASAN imzaya qoşulma və Azercellin digər xidmətlərində dəstək göstərirlər. Məlumat üçün bildirək ki, Azərbaycanda ilk dəfə olaraq "Asan İmza" mobil elektron imza xidmətini təklif edən Azercell "ASAN xidmət" mərkəzinin 3 ofisində öz mərkəzini yaradıb. Sənədləri ilə bu ASAN mərkəzlərindən birinə, həm də istənilən Azercell Ekspres ofisinə müraciət edən "Azercell" müştərisi şirkətin bütün xidmətlərindən yararlana , həmçinin tarif və kampaniyalar haqqında ətraflı məlumatla tanış ola bilərlər.
 
 Onu da bildirək ki, ASAN mərkəzlərində fəaliyyət göstərən bütün Azercell müştəri xidmətləri ofisləri digər operatorlardan nömrələrini Azercell-in şəbəkəsinə daşımaq istəyən abunəçilərin də ərizələrini qəbul edir.  Beləliklə, Azercell Telekom öz abunəçilərinin və ümumiyyətlə, ölkə əhalisinin xidmətlərdən rahat yararlanmaları üçün ASAN şəbəkəsi ilə müvəffəqiyyətli əməkdaşlığını davam etdirir.

Qeyd edək ki, Azercell-in "Mobil Müştəri Xidmətləri” 2015-ci ilin sentyabrından etibarən müxtəlif səbəblərdən ofislərə yaxınlaşa bilməyən abunəçilərinin ünvanlarına özü gəlir. "Mobil Müştəri Xidmətləri” Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərini rahat və operativ şəkildə həyata keçirir. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində Azercell tərəfindən təqdim olunan bütün xidmətlər göstərilir. Qeyd edək ki, müştərilərə xidmət sahəsində bu konsepsiya  ölkədə abunəçilər tərəfindən çox müsbət qarşılanır.






 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol