AccessBank-ın İdarə Heyətinə yeni sədr təyin olunub

AccessBank-ın İdarə Heyətinin sədri Michael
Hoffmannın beş illik səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, Bankın
Səhmdarların Ümumi Yığıncağının qərarı ilə bu vəzifəyə Rolf Reichardt təyin
olunub. Doktor Rolf Reichardt 2014-cü ildən AccessBank-da Maliyyə üzrə İcraçı
Direktor vəzifəsində çalışıb.
"AccessBank-ın güclü komandası ilə çalışacağımdan və
əvvəlki sədrin uğurlu fəaliyyətini davam etdirməkdən çox məmnunam. Azərbaycanın
aparıcı banklarından biri olaraq biz hər zaman olduğu kimi müştərilərimizə
müasir və etibarlı maliyyə xidmətləri təqdim edəcəyik” – Rolf Reichardt öz şərhində
bildirdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























