• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin köməkçisi: “Şirkətlərin saytları qeyri-işləkdir”

Prezidentin köməkçisi: “Şirkətlərin saytları qeyri-işləkdir”
17.04.2017 13:52
Yevlaxda keçirilən "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi”ndə bəzi sahibkarlar qablaşdırma sahəsindəki problemlərə toxunub. "APA-Economics” xəbər verir ki, iş adamlarının əksəriyyəti şüşə məmulatlarının idxaldan asılılığına diqqət çəkib.

"Azərbaycanda iri şüşə məmulatların istehsalçısı fəaliyyət göstərir. Onlardan biri də "İnterGalss” şirkətidir. Amma həmin şirkətin istehsal etdiyi məhsullar idxal olunan məhsuldan bahadır. Bundan başqa, əsas problemlərdən biri də odur ki, "İnterGlass” və bu kimi şirkətlərin istehsal gücü aşağıdır”, - deyə sahibkarlardan biri qeyd edib.
 
Sahibkara cavab olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, "İnterGlass” artıq ikinci istehsal xəttinin qurulmasına başlayıb. "Müvafiq avadanlıqlar alınıb. Həmin avadanlıqların quraşdırılması ilə bağlı üç ölkənin mütəxəssisləri ilə danışıqlar aparılır. Yaxın vaxtda ikinci xətt işə salınacaq. Bununla biz yaşıl şüşənin istehsalına start verəcəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, ölkə ərazisindəki yataqlar araşdırılıb və məlum olub ki, yaşıl şüşə istehsalı üçün lazım olan qum Azərbaycanda var, ağ şüşə istehsalı üçün lazım olan qum ölkəmizdə yoxdur. Böyük ehtimalla, həmin qum Rusiyadan idxal olunacaq. Bundan başqa, biz şüşə istehsalı ilə bağlı ayrıca bir proqram hazırlamışıq. Bir məsələyə diqqət çəkmək istəyirəm ki, bu gün "İnterGlass”ın həyətində olan hazır şüşə materialları 3 aydır satılmır. Mən istərdim ki, bu məsələ sahibkarlarla müzakirə olunsun. Məhsulun satışında problem var”, - deyə ASK prezidenti qeyd edib.
 
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə ASK prezidentinə müraciət edərək bildirib ki, şirkətlər arasında kommunikasiyanın qurulmasında problemlər var: "Şirkətlərin internet saytları qeyri-işlək vəziyyətdədir. Məndə bəzən elə təsəvvür yaranır ki, sahibkarlar həyata keçirdiyi layihələr, istehsal etdiyi məhsullar barədə ancaq özləri xəbərdardır. Mən tez-tez şirkətlərin saytlarını izləyirəm. Elə şirkət var ki, saytını sonuncu dəfə 3 il bundan öncə yeniləyib. Tutalım, bu gün bir şirkət məhsul idxal edir, amma həmin məhsulu başqa bir yerli şirkət ölkəmizdə istehsal edir və bunların bir-birindən xəbəri yoxdur. Kommunikasiya düzgün qurulmalıdır. Müştərilər şirkətlərin saytına daxil olan zaman istehsal olunan məhsullar barədə ətraflı məlumat almaq imkanını qazanmalıdır. Şirkətlər saytlarını aktiv şəkildə idarə etməlidir. Biznes bu cür qurulur”.
 
ASK prezidenti N. Əmirovun iradı ilə razılaşıb: "Məsələ çox düzgün qaldırılıb. Kommunikasiyada ciddi boşluqlar var. Bu problem aradan qaldırmağa çalışacağıq”.




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol