• $
  • €
  • ₽
  • ₺
  • £

Qiymətli kağızlar bazarı 33% artıb

Qiymətli kağızlar bazarı 33% artıb
29.05.2020 01:09
2017-ci ilin ilk rübü ərzində ölkənin qiymətli kağızlar bazarında artım müşahidə olunub, pozitiv kəmiyyət göstəriciləri ilə yanaşı önəmli keyfiyyət dəyişiklikləri qeydə alınıb.

Belə ki, cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar bazarı ötəni ilin müvafiq dövrü ilə müqayisədə 33% artaraq 2,280 milyard manat təşkil edib. Hesabat dövrü ərzində qiymətli kağızların təkrar bazarı 89% artaraq 1,1 milyard manata çatıb. Korporativ qiymətli kağızlar bazarının 11% azalması fonunda, dövlət qiymətli kağızlar bazarı 84% artıb.

Korporativ qiymətli kağızlar

2017-ci ilin ilk rübü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 8 dəfə artmasına səbəb olub. Ümumilikdə səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 58 dəfədən çox artaraq 777 milyon manata çatıb.

Dövlət qiymətli kağızları

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 84% artaraq 284 milyon manat təşkil edib. Bunun 207 milyon manatını Mərkəzi Bankın notları ilə ilkin bazarda bağlanan əqdlər təşkil edib. Bu dövr ərzində 72 milyon manat məbləğindən artıq qısa və ortamüddətli dövlət istiqrazları yerləşdirilib. Qısamüddətli dövlət istiqrazları üzrə orta çəkili gəlirlilik 16.58% təşkil edib.

Törəmə maliyyə alətləri bazarı

Cari ilin birinci rübü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 903 milyon manat olan valyuta əsaslı və ümumi dəyəri 57 milyon manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 961 milyon manat olmuş və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artım müşahidə edilmişdir. 

Repo və əks-repo əməliyyatları

Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 2,7 milyon manat olub. Bunun 63%-ni yəni 1,7 milyon manatını dövlət istiqrazları ilə olan 4 repo əməliyyatı təşkil edib. Qalan 998 min manat məbləğində 2 repo əməliyyatı isə korporativ istiqrazlarla keçirilmişdir.
Kapital bazarları üzrə 2017-ci ilin ilk rübünə dair ətraflı məlumatlar qiymətli kağızlar bazarının icmal göstəricilərində öz əksini tapıb. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol