• $
  • €
  • ₽
  • ₺
  • £

Barama Toxuma zavodu özəlləşdirildi - FOTO

Barama Toxuma zavodu özəlləşdirildi - FOTO
18.04.2017 11:45
Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

ANN.az xəbər verir ki, komitədən Trend-ə verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisəsi və 14 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Qeyri-yaşayış sahələrinin 6-sı paytaxtda 8-i isə regionlarda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-si Nəsimi, 1-i Nərimanaov, 1-i Nizami, 1- Sabunçu sonuncusu isə Yasamal rayonu ərazisindədir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 2 kiçik dövlət müəssisəsi Zaqatala və Qax rayonunda yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Zaqatalada yerləşən Barama Toxuma zavodu oldu. Adı çəkilən əmlak 510 min 750 manata özəlləşdirilib. Əmlak torpaq sahəsi ilə birgə özələşdirilib. Torpaq sahəsi 18 min 350 kv.m təşkil edir. Növbəti kiçik dövlət müəssisəsi Qax rayonunda yerləşən Topdan satış müəssisəsidir. Özəlləşdirilməyə açıq elan edilən əmlaklar pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat və müxtəlif iqtisadi sahələrə aiddir.

Bölgələrdə özəlləşdirlən 8 qeyri yaşayış sahəsindən 2-si Daşkəsən, 2-si Göyçay, 2-si Sumqayıt,1-i Mingəçevir, 1- isə Ağdaş rayonunda yerləşir. Özəlləşdirilən əmlaklarıın sahəsi 30-133 kv.m arasında dəyişir.

Zaqatalada yerləşən Barama Toxuma zavodu kimi əmlaklarınn özələşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı həm də yüngül sənayenin inkişafına töhvə verir. Bu isə daxili geyim təlabatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımız aradan qalxamasına səbəb olur. Eyni zamanda ölkədən vəsait çıxmamaqla yanaşı bu, ixrac potensialımızın artırılması ilə kapital axınına imkan yaradır. Bundan başqa özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsidə bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensıalının artmasına şərait yaradır. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişi və nəticələri barədə Komitənin saytı, özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və "Privatization.az" səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Növbəti hərrac aprelin 25-də keçiriləcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol