• $
  • €
  • ₽
  • ₺
  • £

Pirallahıda mərkəzi yolun yenidən qurulması yekunlaşır - FOTO

Pirallahıda mərkəzi yolun yenidən qurulması yekunlaşır - FOTO
18.04.2017 13:40
Pirallahı rayonunun mərkəzi yolu hesab olunan Səməd Vurğun küçəsi əsaslı şəkildə yenidən qurulur.
 
"Azəravtoyol” ASC-nin avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat, maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə apardığı tikinti işləri yekunlaşmaq ərəfəsindədir.

Qurumdan Trend-ə verilən məlumata görə, tikinti işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə karbonat materialı tökülərək kipləşdirilib. Sonra yol əsasının tikintisi işləri aparılıb. Yenidənqurma işləri çərçivəsində yol yatağının genişləndirilməsi işləri də görülüb. Uzunluğu 8 km, yenidənqurmadan öncəki eni 6-7 metr arasında olan yolun 4 km-i 8 m-dən 12 m-ə, 4 km-dən sonrakı hissəsi isə 12 m-dən 15 m-ə qədər genişləndirilib.

Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yeraltı kommunikasiya xətlərinin yenilənib və kənara çəkilib, yeni piyada səkilərinin tikintisi və yeni işıqlandırma sisteminin qurulması istiqamətində addımlar atılıb, zəruri olan yerlərdə səth sularının kənarlaşdırılması üçün 12 ədəd suötürücü qurğu quraşdırılıb.

Pirallahı rayonunun mərkəzi yolunda hazırda asfatlanma və səki daşlarının düzülməsi işləri aparılır. Asfalt-beton örtüyünün 2 layı artıq salınıb, əraziyə 8000 p/m səki daşları düzülüb. Ümumilikdə isə yolun 85 min m2 sahəsinə 3 qat olmaqla 15 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək, yol boyu 16 min p/m yeni səki daşı düzüləcək. Asfaltlanma işləri tamamilə bitdikdən sonra yolun xətlənməsi işləri aparılacaq, zəruri olan yerlərə 50 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq.

Yenidənqurma işləri "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında, texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol