• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik turizm şirkətlərinin sayının artmasından narahatdır

Nazirlik turizm şirkətlərinin sayının artmasından narahatdır
19.04.2017 19:00
Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm fəaliyyəti üçün lisenziyanın verilməsi ləğv edildikdən sonra hotel və turizm şirkətlərinə nəzarət etmək üçün yeni təklif irəli sürür.

Oxu.Az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend-ə bildirib ki, hazırda turizm müəssisələrinin fəaliyyət göstərməsi üçün lisenziya verilmir.

Onun sözlərinə görə, 2 il bundan əvvəl - dövlət başçısının sərəncamı ilə turizm müəssisələrinə lisenziya verilməsi dayandırılana qədər Azərbaycanda 260 turizm şirkəti var idisə, indi onların sayı 400-ü ötüb:

"Hesablamalarımıza görə, onların sayı 400-dən çoxdur. Biz müxtəlif qurumlar vasitəsi ilə - vergi orqanlarından öyrənirik ki, yeni şirkətlər açılıb. Ona görə də, dövlət tərəfindən onlara hansısa formada nəzarət edilməlidir”.

A.İsmiyev qeyd edib ki, bu nəzarəti Dövlət Turizm Reyestri yaratmaqla təmin etmək olar. Onun sözlərinə görə, belə bir təcrübə müxtəlif dünya ölkələrində var: "Turizm müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün müxtəlif ölkələrdə Dövlət Turizm Reyestri yaradılır.

Həmin ölkədə fəaliyyət göstərən turizm şirkətləri, hotellər, bələdçilər bu reyestrə mütləq şəkildə daxil olmalıdırlar. Azərbaycanda da belə bir təcrübəni tətbiq etmək olar”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Fərmanı”nın icrasına uyğun olaraq, mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol