• $
  • €
  • ₽
  • ₺
  • £

“NAZ-lifan”ın istehsalı dayandı

“NAZ-lifan”ın istehsalı dayandı
19.04.2017 12:10
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı dayandırıb. Komitənin hesabatına görə, bu il ərzində ölkədə avtomobil istehsal edilməyib.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bunun yaxşı hal olmadığını deyib:
 
"Naxçıvan blokadada yerləşən zonadır. Ona görə də bu zavodun inkişaf etdirilməsi və satışın təşkil edilməsi çox vacibdir. Məhz bu səbəbdəndir ki, cənab prezident bu avtomobillərin istehsalı və inkişafı üçün göstəriş verdi. Məndə olan məlumata görə, bir sıra nazirliklər bu zavodun istehsalı olan avtomobillərdən aldı. Amma görünür bu müvəqqəti xarakter daşıdı və daimi olmadı. İnsanlar yenidən xaricdən avtomobil almağa başladılar. Deyilənə görə avtomobillərin keyfiyyəti pis deyil. Mən şəxsən "Naz-lifan” avtomobilini nə görmüşəm, nə almışam”.
 
V.Əhmədov zavodda satış olmadığına görə istehsalın dayandığını bildirib:
 
"Sifariş olmalıdır ki, istehsal da həyata keçirilsin. Mənim fikrimcə, İqtisadiyyat Nazirliyi bu zavoda diqqət göstərməlidir. Hər halda zavod adi zavod deyil. Vəsait sərf olunub, tikilib, ərsəyə gəlib.

Belə müəssisələrdə kooperasiya çox böyük rol oynayır. Zavod keçən müddət ərzində yavaş-yavaş avtomobil hissələrinin istehsalına başlamalı idi. Yəni avtomobil hissələrini xaricdən gətirib burada yığmaq problem deyil ki... Sovet dövründə kooperasiya sistemi belə qurulmuşdu ki, bir zavod bir hissəni, digəri başqa hissəni istehsal edirdi. Naxçıvan Avtomobil Zavodu da belə etməli idi. Xaricdən asılılığı azaltmaq üçün istehsala başlamalı idi. Yoxsa bütün hissələr xaricdən gətirilib burda yığılırsa və satılırsa, əvvəla onun maya dəyəri ancaq başa gəlir, gəlirliliyi aşağı olur. Görünür zavodda bu işlər görülməyib. Çünki bu 1 il ərzində heç olmasa avtomobilin 10 faizini istehsal etməli idilər. Yoxsa gətir, yığ, sat, bu, istehsal deyil. Bu inkişaf deyil”.
 
Xatırladaq ki, indiyə qədər ümumilikdə sifariş edilən 270 avtomobil artıq sifarişçilərə çatdırılıb. NAZ alan qurumlar sırasına Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları daxildir.

Naxçıvan Avtomobil Zavodu (NAZ) 8 modeldə minik avtomobili istehsal edir. Bunlar "NAZ-lifan 720”,  "NAZ-lifan 820” (Premium modellər), "NAZ-lifan 620”, "NAZ-lifan 630” (sedan modellər), "NAZ-lifan X50” və X60 (SUV), "NAZ-lifan 320” və 330 (mini) modelləridir.

"NAZ-lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol