• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 12 rayonunun bələdiyyə xəritələri hazırlanır

Azərbaycanın 12 rayonunun bələdiyyə xəritələri hazırlanır
19.04.2017 19:59
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 12 rayonda (Şəki, Cəlilabad, Salyan, Göygöl, Zaqatala, Oğuz, Balakən, Ağsu, Xızı, Beyləqan, Siyəzən və Abşeron) elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlayıb.

Komitədən "Report"a bildirilib ki, Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib.
 
Hazırda ümumi ərazisi 130 min ha olan 53 rayon mərkəzi, ona bitişik şəhər və qəsəbələr üzrə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. Bu il bütövlükdə 3 respublika tabeli şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işi yekunlaşacaq. Bununla belə, 14 kənd rayonunda kadastr işlərinə 1 mln. hektara yaxın ərazi, 700 minə yaxın torpaq parseli cəlb ediləcək. 2020-ci ilədək isə ölkə ərazisinin bütün torpaqlarında kəmiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur.

Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar "Samur-Abşeron suvarma sistemlərinin yenidən qurulması Layihəsi" çərçivəsində Xızı, Siyəzən, Şabran rayonlarında yeni suvarılacaq və su təminatı yaxşılaşdırılacaq ərazilərin kadastr xəritələri də hazırlanıb. Ölkənin 4 mln. hektardan çox ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və relyef xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bu materiallara əsasən, 51 rayonun müxtəlif qradasiyalı meyllik xəritələri tərtib edilib və onların 3D formatda relyef xəritələri qurulub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol