• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank rəqəmsal bankçılığı inkişaf etdirəcə

AccessBank rəqəmsal bankçılığı inkişaf etdirəcə
20.04.2017 14:20
Bu gün informasiya texnologiyaları sürətlə inkişaf edir. Onların hər sahədə geniş istifadəsi və inkişafı yeni tendensiyalar yaradır və bazar şərtlərini dəyişdirir, bu isə, ölkənin kommersiya banklarından yeni yanaşmanı və biznes-modellərin hazırki vəziyyətə uyğunlaşdırılmasını tələb edir.

AccessBank yeni tendensiyaları nəzərə alaraq bugünkü reallıqlara uyğunlaşmaq üçün bir sıra tədbirlər görüb. Bank beynəlxalq məsləhətçilərlə birlikdə öz fəaliyyətinin müxtəlif istiqamətlərini ətraflı şəkildə təhlil edərək yeni şərtlərə uyğunlaşdırılmış biznes strategiyanı tətbiq etməyi qərara alıb. Bu strategiya biznes modelinin təkmilləşdirilməsini və distant xidmət kanallarının inkişaf etdirilməsini nəzərdə tutur - bu isə, öz növbəsində, göstərilən xidmətlərin keyfiyyətini və sürətini daha da artıracaq.

Yeni biznes modelinə uyğun olaraq Bank rəqəmsal bankçılığı inkişaf etdirərək daha aktiv tətbiq edəcək. Bank tərəfindən aparılan müştəri davranışının təhlili göstərdi ki, myAccess onlayn bankinq xidmətinin istifadəçiləri əhəmiyyətli dərəcədə artıb. İstifadəçilərin rəyinə görə bütün müasir tələblərə cavab verən myAccess təhlükəsizliyi ən yüksək səviyyədə təmin edir, geniş funksionala malikdir və istifadədə çox rahatdır. Təqdim etdiyi onlayn xidmətlərə dəstək məqsədilə Bank bu yaxınlarda ən yeni texnologiyalara uyğun şəkildə işlənib hazırlanmış və artıq müştərilərin rəğbətini qazanmış myAccess mobil tətbiqini istifadəyə verib. Qeyd edək ki, Bank güclü İT infrastrukturuna malikdir və distant xidmət kanallarını genişləndirmək üçün İT sahəsində yüksək ixtisaslı mütəxəssisləri və beynəlxalq ekspertləri cəlb etməkdə davam edir.

Onlayn bankçılığın populyarlığının artması və qanunvericilikdə baş verən son dəyişikliklər nəticəsində nağdsız ödənişlərin sayı artır. Müştərilərin əksər hissəsi bank əməliyyatlarını filiallara gəlmədən həyata keçirirlər. Bank bu amilləri nəzərə alaraq öz filial şəbəkəsində bəzi təkmilləşdirici prosesləri həyata keçirir, ərazi cəhətdən bir-birinə yaxın olan filialları birləşdirərək onları iri regional xidmət və satış mərkəzlərinə çevirir.

Müştərilərin tələbatlarını və hal-hazırda yalnız pərakəndə xidmətlər göstərən bəzi filialların əməliyyat zonalarının potensialını nəzərə alaraq, onların tam çeşidli bank xidmətləri göstərən xidmət mərkəzlərinə çevrilməsi planlaşdırılır. Həmçinin, korporativ bankçılığı fəal şəkildə inkişaf etdirmək məqsədi ilə Bank korporativ müştərilərə xidmət göstərilməsi sahəsində ixtisaslaşan filiallar yaratmaq niyyətindədir. Bu yolla, Bank müştərilərin etimadını doğruldaraq onlar üçün maksimal rahatlığı təmin edəcək.

Bütövlükdə, yeni təkmilləşdirilmiş biznes modeli AccessBank-a öz əməliyyat effektivliyini artırmağa və ölkənin ən əlverişli, etibarlı və maliyyə cəhətdən sabit banklarından biri kimi öz mövqeyini daha da möhkəmləndirməyə kömək edəcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol