Rusiya üçün neftin balans qiyməti açıqlanıb

Rusiyada dövlət büdcəsinin balanslaşdırılması üçün neftin zəruri olan qiyməti 60 dollar/barel təşkil edir. "ANN" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu məlumatı Rusiyanın maliyyə naziri Anton Siluanov verib.
A.Siluanov bildirib ki, tədiyyə balansının cari hesabının balanslaşdırılması üçün neftin 35-40 dollar/barel, büdcənin balanslaşdırılması üçün isə 60 dollar/barel olması zəruridir. Nazir həmçinin qeyd edib ki, zəruri islahatlar aparılmadan Rusiya iqtisadiyyatında maksimal artım tempi 1,5% təşkil edə bilər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























