Mərkəzi bankın ehtiyatları azalır?

Bu il Dövlət Neft Fondundan Mərkəzi Banka 7 milyard 500 milyon manatın transfert edilməsi nəzərdə tutulub.
Mərkəzi Bankın statistikasına görə, bu il Bankın rəsmi valyuta ehtiyatları 458,3 milyon dollar artaraq matrın sonuna 4 milyard 432.7 milyon dollar təşkil edib.
Əgər Neft Fondu Mərkəzi Banka 1 milyard 340 milyon dollar tranfer edibsə, nə üçün valyuta ehtiyatları 458,3 milyon dollar artıb?
Sayt yazır ki, burada 3 ehtimal var. Birincisi ola bilər ki, əslində Mərkəzi Bankın valyuta ehtiyatları 882 milyon dollar azalıb. 1 milyard 340 milyon dollar tranfer bu azalmanı artıqlaması ilə bağlayıb. Azalma Mərkəzi Bankın hərraclarda valyuta satması ilə baş verə bilərdi.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2017-ci ilin yanvarda 285 milyon dollar, fevralda 258,4 milyon dollar, martda isə 250 milyon dollar olmaqla cəmi 793,4 milyon dollar məbləğində vəsait satılmışdır. Əgər Mərkəzi Bank da hərraclarda 882 milyon dollar satmışdırsa, bu il hərraclarda banklara satılan cəmi məbləğ 1 milyard 675,4 milyon dollar olardı. Bu məbləğ inandırıcı görünmür.
İkinci ehtimala görə, Neft Fondu Mərkəzi Banka vəsaitin xeyli hissəsini manat şəkilində transfer edib. Ötən il Neft Fondu hərraclarda dollar sataraq aldığı manatların hamısını dövlət büdcəsinə köçürmədiyindən manatda xeyli vəsaiti mövcud idi.
3-cü ehtimala görə, Mərkəzi Bank Neft Fondundan aldığı tranfertin bir hissəsini digər təşkilatlara borc verə bilər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























