Nazirlik rəsmisi: “Bələdiyyələr heç kiçik iş yeri də açmayıblar” - MÜSAHİBƏ

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi Hafiz Əliyev deyir, buna baxmayaraq, Azərbaycanda bələdiyyə artıq formalaşa bilib, qalır, cəmiyyətin dəstəyi...
"Azərbaycanda
bələdiyyələr, əsasən, istehsal sahələrinin yaradılmasında ləngiyir”. Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi Hafiz Əliyev belə
düşünür. O, ann.az saytına müsahibəsində
Azərbaycanda bələdiyyələrin işindən, çətinliklərindən danışıb.
-Azərbaycanda bələdiyyələr necə strukturlaşıb? Yerli tələblər
nəyi diktə edir?
- Bələdiyyənin
strukturlaşması geniş mövzusudur, bundan saatlarla danışmaq olar. Bələdiyyə öz
aparatını yaradır və aparat bələdiyyənin qərarlarını icra edir və icraya nəzarəti
həyata keçirir. Bələdiyyələr qanuna müvafiq daimi komissiyalar yaradır.
Komissiyalar bələdiyyə iclasına çıxarılan məsələlərin layihəsini hazırlayır. Bələdiyyənin
aparatında isə şöbələr yaradılır var. Daimi komissiyalar bələdiyyə üzvlərindən,
bələdiyyə qulluqçularından, ekspertlərdən təsis olunur, aparatın şöbələrində isə
işləyənlər bələdiyyə qulluqçularıdır.
- Bələdiyyələr öz aparatını yaratmağa məcburdularmı,
yoxsa, hər bələdiyyə yerli tələbatına uyğun işini qurmalıdır?
- Bu,
bələdiyyənin büdcəsindən asılıdır. Məsələn, kənd bələdiyyəsi, əgər şöbə yaradıb
işçisinin maaşını verə bilməyəcəksə, bunu niyə yaratmalıdır ki? İkincisi də,
şöbənin məşğul olacağı sahə kəndlərdə inkişaf etdirilmiş sahədimi? Məsələn,
reklamlardan rüsum toplayır, ya dayanacaqlardan vergi olur, ya da
sanatoriya-kurort yerlərindən rüsum
toplanması ilə məşğuldur. Əgər bu sahə inkişaf etməyibsə, bələdiyyə niyə bu sahəyə
uyğun şöbə yaratmalıdır? Nə lazımdır, onu yaradırlar. Tövsiyyə olunur ki, sən,
məsələn, filan şöbə yarada bilərsən,
amma bu, mütləq deyil ki, bütün bələdiyyələr eyni şöbə yaratmalıdır.
- Dünya
təcrübəsi ilə müqayisə etdikdə, deyə bilərsizmi Azərbaycan bələdiyyəsi nədə
axsayır?
- Azərbaycanda
bələdiyyələr istehsal sahələrinin yaradılmasında axsayırlar. Bu, yeni iş yerlərinin
açılmasına kömək olardı. Məsələn, Türkiyə ilə müqayisə edirəm. Bəzi bələdiyyələrin
turizmlə bağlı özlərinin istirahət yerləri olur. Ya məişət tullantılarının təkrar
emalı ilə bağlı məşğul olurlar. Bizim bələdiyyələrin
bu sahədə fəallıqları yoxdur.
- Buna səbəb nədir? Bələdiyyələrin maliyyə
çatışmazlığı, yoxsa təcrübəsizliyi?
-
Maliyyə çatışmazlığını səbəb kikmi göstərmək olar. Ancaq maliyyə olan dövrdə də
fəallıq göstərməyiblər axı. Bunu bəhanə kimi göstərmək olar, amma hər hansı
biri büdcənin imkan verdiyi qədər yeni iş yeri yaratmasına, istehsal sahəsi
açmağa çalışıbmı? Söhbət böyük iş yerindən getmir, heç olmasa, kiçik iş yerini
açmaqdan gedir, bunu da etməyiblər axı.
- 1600 bələdiyyənin heç birimi istehsal sahəsinə
maraq göstərməyib?
-
Barmaqla sayılacaq qədər var, ilkin addımlar var, amma bunların inkişaf
etdirilməsi lazımdır.
- Bu bələdiyyələr, əsasən, şəhər, yoxsa kənd
yerlərində yerləşirlər?
-
Əsasən, rayon yerlərindədir, kiçik iş yerlərinin açılmasına çalışan bələdiyyələr
var, amma biz hələ bu iş sahələrinin iş qabiliyyəti necədir, onu təhlil etməmişik.
- Bələdiyyələr vergini yığa bilməməkdən
şikayət edirlər.
-
Bunun üçün əhali arasında maarifləndirmə işi aparılmalıdı, göstərilməlidi ki,
yerli əhalidən yığılan pul onların özünə xərclənir.
- Ortada bələdiyyələrin işinin gücləndirilməsi
ilə bağlı bir tövsiyyə varmı?
-
2016-cı ildə qəbul edilən yol xəritələrində bələdiyyələrin də işinin gücləndirilməsi
nəzərdə tutulub. ddir. Uzun müddəti hədəfləyən sənəddir. Bizim də tərəfimizdən
müxtəlif təkliflər olur. Məsələn, hesab edirik ki, məişət tullantılarının yığılması, daşınması və yenidən emalı bələdiyyəyə
tapşırıla bilər, müəyyən sahələrdə onların gücündən istifadə etmək olar, səlahiyyətləri
artırıla bilər. Bələdiyyə artıq Azərbaycanda formalaşmış təşkilatdır, bircə
qalır cəmiyyətimiz bələdiyyənin daha fəal
iştirakında maraqlı olsun.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























