Türkiyə Mərkəzi Bankının sabahkı iclasda uçot dərəcəsini sabit saxlayacağı gözlənilir

Bunun nəticəsində dolların məzənnəsi yenidən 3,60 lirəni ötə bilər.
ANN.AZ/ Türkiyə Mərkəzi Bankının (TCMB) sabah, aprelin 26-da keçirəcəyi növbəti iclasında uçot dərəcəsini və digər maliyyə alətlərinin faizlərini dəyişməsi gözlənilmir. "ANN" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, agentliyin 7-si xarici, 14-ü yerli, cəmi 21 maliyyə qurumu arasında apardığı sorğunun nəticələrinə əsasən, əksər iqtisadçılar sabahkı iclasda dəyişiklik proqnozlaşdırmır.
Lakin, Hollandiya "ING Bank"ının analitiki gec likvidlik dəhlizinin borcvermə faizinin 0,75 faiz bəndi artırılaraq 12,5%-ə çatdırılacağını düşünür. Xatırladaq ki, martın 16-da keçirilən son iclasda TCMB gec likvidlik borcvermə faizini 11%-dən 11,75%-ə yüksəldib.
"Report"un analitik qrupu xəbər verir ki, sabahkı iclasda uçot dərəcəsi artırılmasa, Türkiyədə dolların məzənnəsinin yenidən 3,60 lirə səviyyəsini keçməsi mümkündür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























