• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərişığ”ın idarələrindən biri ləğv edildi

“Azərişığ”ın idarələrindən biri ləğv edildi
27.04.2017 11:40
"Azərişıq" ASC-nin tabeliyində olan "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) iki yerə bölünərək yerində "Cənub" və "Şirvan" RETSİ yaradılıb və bununla da qurumun tabeliyində olan RETSİ-lərin sayı 8-ə çatıb.

Milli.Az xəbər verir ki, "Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev bu faktı report-a təsdiq edib.

T.Mustafayev yeni yaradılan idarələrə tabe olan şəhər və rayonların adlarını da açıqlayıb: "Mərkəzi Lənkəran şəhərində yerləşən yeni "Cənub" RETSİ-yə Lənkəran, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Astara və Masallı elektrik şəbəkələri daxildir. Mərkəzi Şirvan şəhərində yerləşən "Şirvan" RETSİ-yə isə Şirvan, Salyan, Hacıqabul, Neftçala elektrik şəbəkələri tabe edilib. Bununla yanaşı, əvvəllər "Aran" RETSİ-yə daxil olan Saatlı və Sabirabad elektrik şəbəkələri də hazırda "Şirvan" RETSİ-nin tabeliyindədir".

Qurum rəsmisinin sözlərinə görə, aparılan dəyişikliklər abonentlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir: "Bu vaxta qədər mövcud olan "Cənub" RETSİ-nin əhatə dairəsi geniş idi. Bu isə abonentlərə müəyyən narahatlıq yaradırdı. Bundan sonra isə Lənkəranda yaşayan hansısa abonentin Şirvan şəhərinə gəlməyinə ehtiyac qalmayacaq. Yeni strukturlaşma "Azərişığ"ın gördüyü işlərin keyfiyyətini və operativliyini daha da artıracaq. Həmçinin abonentlərimizin rahatlığını təmin edəcək. "Azərişıq" olaraq "Səyyar Asan" vasitəsi ilə mütəmadi olaraq abonentlərə xidmət göstəririk. Təkcə sonuncu dəfə 20 gün ərzində Cəlilabadın 3 kəndində olan 100-dən çox abonentə texniki şərt vermişik və bu işlər bundan sonra da davam etdiriləcək".

Qeyd edək ki, "Şirvan" RETSİ-yə Hikmət Həsənov, "Cənub" RETSİ-yə isə Əbülfət Paşayev rəis təyin edilib. H.Həsənov ləğv edilən "Cənub" RETSİ-nin sonuncu, Ə.Paşayev isə həmin idarənin keçmiş rəisi olub.

Xatırladaq ki, 2015-ci ilin mayında "Azərişığ"ın yeddi - Şimal, Şimal-Qərb, Qərb, Cənub, Aran, Mərkəzi Aran və Bakı Regional Enerji Təchizatı və Satışı İdarələri yaradılıb.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol