Yanvar-mart aylarında 3 su anbarı tikilib

2017-ci ilin yanvar-mart aylarında istehlakçılara 38,4 km içməli su, 71 km kanalizasiya xətləri çəkilib.
Trend-in məlumatına görə, bu barədə "Azərsu” Açıq Səhmdar Cəmiyyətində keçirilən 2017-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirilib.
Qeyd olunub ki, bu müddət ərzində 3 su anbarı tikilib, 6 ədəd subartezian quyusu qazılıb.
Görülmüş işlər nəticəsində 70 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 69 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib.
Fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 65,9 faiz, Bakı şəhəri üzrə isə 80,8 faiz təşkil edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























