• $
  • €
  • ₽
  • ₺
  • £

Maltanın baş naziri SOCAR-a təşəkkür etdi

Maltanın baş naziri SOCAR-a təşəkkür etdi
29.04.2017 15:17
Maltanın baş naziri Cozef Muskat ölkənin enerji həyatında yaxından iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təşəkkürünü bildirib.

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu o, aprelin 24-də Maltanın Marsaşlokk şəhərində təsisçilərindən biri "SOCAR Traiding” olan "ElectroGas Malta” şirkəti tərəfindən inşa edilən qaz terminalı və elektrik stansiyasının açılış mərasimində çıxışı zamanı deyib.

Baş nazir son üç il ərzində aparılan enerji siyasəti sayəsində ölkədə yoxsulluğun səviyyəsinin iki dəfə azaldığını diqqətə çatdırıb:

"Cəmi üç il ərzində yerinə yetirdiyimiz enerji siyasəti sayəsində ölkəmizdə yoxsulluğun səviyyəsini iki dəfə azaltmağa nail olduq. Hökumət son bir həftə ərzində mütəmadi olaraq xalqın qarşısına çıxıb və gördüyü işlərin hesabatını verib: yerinə yetirdiyi sözlərlə, reallaşdırdığı arzularla, yoxsulluq səviyyəsini iki dəfə azaltmaqla, büdcə kəsirini aradan qaldırıb cəmi bir il ərzində 8 mln. avro prifisitə çevirməklə, əvvəlki qanunverici orqanın səlahiyyət dövründə yığılmış dövlət borcunu silməklə. Bu onu göstərir ki, siz eyni zamanda həm iqtisadi cəhətdən səlahiyyətli, həm də sosial cəhətdən məsuliyyətli ola bilərsiniz. İnanıram, Malta xalqı başa düşür ki, bu hökumət səhvlər edir, bəzən də böyük səhvlər buraxır, lakin o həm də xeyli yaxşı iş görür. Xalq başa düşür ki, biz istiqaməti uğurla dəyişmişik”.

Cozef Muskat daha sonra Maltanın enerji siyasətinin həyata keçirilməsində əməyi olan şəxslər və tərəfdaş şirkətlərə, o cümlədən SOCAR-a minnətdarlıq edib:

"Mən sözlərimi nazir Mizziyə gördüyü işə və bu layihəyə uğurla rəhbərlik etdiyinə görə təşəkkür etməklə bitirmək istəyirəm. "Enemalta” şirkətinin rəhbərliyinə dövlət şirkətinin ən yüksək, fərdi şirkətlərin belə həsəd aparacağı iş standartını nümayiş etdirdiyinə görə təşəkkür edirəm. Baş verənlərdə əminliklə iştirak edən və ölkədəki rəqabət mühitinə baş vuran "Electrogas” şirkətinə minnətdaram. Bütün tərəfdaşlara, "Siemens”, SOCAR və hər bir iştirakçıya təşəkkür edirəm. Çox sağ olun”.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol