• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi SABAH qrupları tələbələri Azercell-də təcrübə keçəcəklər

Təhsil Nazirliyi SABAH qrupları tələbələri Azercell-də təcrübə keçəcəklər
01.05.2017 10:15
Azercell Telekom MMC Təhsil Nazirliyi SABAH qrupları tələləbələri üçün "Yay Tələbə Təcrübə Proqramı”nı elan edir. Bu proqram tərəflər arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir. Qaydalara əsasən SABAH qruplarının son 2 kurs tələbələri 2017-ci ilin 8 may tarixinə qədər "Yay Tələbə Təcrübə Proqramı”na müraciət edə bilərlər. Bunun üçün //www.azercell.com/az/company/career/development_oportunities/intern_summer_2017/ linkinə daxil olmaq lazımdır. Nəzərinizə çatdıraq ki, yalniz @sabah.edu.az ünvanından gələn müraciətlərə baxılacaq.

Tələbələr iyulun 1-dən başlayacaq proqram çərçivəsində Azercell-də 2 ay təcrübə keçmək şansı qazanacaqlar.

"Yay Tələbə Təcrübə Proqramı” mərhələlərlə seçilən gənclərə Azercell-də təcrübə keçmək imkanı qazandıraraq ali məktəblərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı yaradır. Tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrə cəlb olunurlar, bu da gənclərin gələcək karyera inkişafına öz töhfəsini verir. 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 112 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 16-i isə şirkətdə işlə təmin olunub.

Qeyd edək ki, ötən il Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün "GSM Texnologiyası ilə tanışlıq”, "Məhsulların idarə olunması”, "Öz Brendini Yarat” movzularında qısa sessiyalar təşkil olunub. Həmçinin İnsan Qaynaqları departamentinin əməkdaşları 17-20 fevral tarixlərində SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər.

SABAH qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol