Bakıda hamam 115 min manata satışa çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 30 may 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib.
Komitədən Oxu.Az-a verilən məlumata görə, hərraca ümumilikdə 49 əmlak çıxarılıb.
Hərracda yüksək start qiyməti ilə seçilən əmlak "Ağdam Pambıq” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Adıçəkilən əmlak 872 min 500 manata təklif olunur.
Bundan başqa, paytaxtın Suraxanı rayonunda yerləşən 55 saylı hamam isə torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Belə ki, 1656 kv.m olan əmlakın ilkin start qiyməti 115 min manatdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























